Dörd etnik erməni Fransanın yeni parlamentində yer qazanıb. Onlar Fransa prezidenti Emmanuel Macron-un partiyasını təmsil edirlər.
Fransadaparlament seçkisinin ikinci raundu iyunun 18-də keçirilib. Seçkinin nəticəsinə görə, Macron-un yenicə formalaşdırdığı İrəli, Respublika (Republic on the Move) partiyası Milli Assambleyadakı 577 yerdən 355-ini qazanıb.
Yeni seçilən deputatlardan dördü - Daniele Cazarian, Nadia Essayan, Guillaume Kasbarian və Jacques Marilossian erməni əsilli fransızlardır və ölkənin dörd fərqli regionundan seçiliblər.
Hazırda Fransada 500 min etnik erməninin yaşadığı bildirilir.