Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 18:51

Erdogan Poroshenko ilə mətbuat konfransında yatdı (Video)


Racep Tayyip Erdogan və Petro Poroshenko

Türkiyə prezidenti Racep Tayyip Erdogan Kiyevdə ukraynalı həmkarı Petro Poroshenko ilə birgə mətbuat konfransında yatıb.

Türkiyənin “Sputnik” internet portalı özünün Twitter səhifəsində bunun videosunu yerləşdirib.

Bu məqam novosti-n.org portalının da diqqətindən yayınmayıb.

Videoda, Ukrayna prezidenti Porpshenko çıxış edərkən Erdogan-ın mürgülədiyi, sonra yuxuya getdiyi, ayılaraq əsnədiyi və yenidən yuxuya getdiyi görünür.

Onun yuxulu olduğunu həmkarı Poroshenko da hiss edir və həmkarını oyatmaq üçün əlini stola vurur.

Qeyd edək ki, Türkiyə prezidenti Racep Tayyip Erdogan oktyabrın 9-da Ukraynada rəsmi səfərdə olub.

Onun Petro Poroshenko ilə görüşündə ən diqqəti çəkən məsələ Erdoganın Krımla bağlı dedikləri olub.

Petro Poroshenko və Racep Tayyip Erdogan
Petro Poroshenko və Racep Tayyip Erdogan

Türkiyə prezidenti bildirib ki, Ankara Krımın Rusiya tərəfdən ilhaqını heç vaxt tanımayacaq.

Rusiyalı senator Aleksei Pushkov isə Erdogana cavab olaraq bildirib ki, Türkiyə lideri sadəcə ukraynalı həmkarına “xoşa gələn” hərəkət eləmək istəyib və onun bu mövqei Krımın statusuna heç bir təsir göstərməyəcək.

Buna da bax: Erdoğan Türkiyənin Krımın ilhaqını ‘heç vaxt tanımayacağını’ dedi.

Günün bütün mövzuları

XS
SM
MD
LG