Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:15

Erdogan:"Kürdlərin referendum keçirməsinə qarşı qəti addımlar atılacaq" (Video)


Racep Tayyip Erdogan və Hassan Rohani

Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib ki, Ankara İraq kürdlərinin ötən həftə müstəqilliklə bağlı referendum keçirməsinə qarşı qəti addımlar atacaq.

O bunu oktyabrın 4-də Tehranda İranlı həmkarı Həsən Rouhani ilə görüşdükdən sonra deyib.

Erdogan qeyd edib ki, Türkiyə artıq İraq və İran hökumətləri ilə bir sıra birgə tədbirlər görüblər.

O deyib ki, bu referendum legitim deyil və təkcə İsrail tərəfindən tanınıb.

Erdogan həmçinin qeyd edib ki, Türkiyə ilə İran illik ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq fikrindədirlər.

Buna da bax: " Kürd referendumunun nəticələrinin ləğvi istənilir"

Qeyd edək ki, hər iki ölkədə böyük kürd icması yaşayır.

Kürd separatçılığından ehtiyat edənAnkara ilə Tehran referendumdan sonra Bağdadın ardınca İraq kürdüstanını sanksiyalarla hədələyiblər.

Həmçinin ABŞ, digər qərb ölkələri və BMT bu referenduma qarşıdırlar.

Beynəlxalq aləm hesab edir ki, bu İraqda sabitsizlik yarada, diqqəti «İslam Dövləti» qrupu ilə mübarizədən yayındıra bilər.

Foto arxiv
Foto arxiv

PKK-kürd yaraqlılarının 1984-cü ildən Türkiyənin şərqində müstəqillik uğrunda apardıqları silahlı mübarizədə 40 mindən çox adam ölüb.

ABŞ, Avropa Birliyi və Türkiyə PKK-nı terrorçu təşkilat hesab edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG