Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:16

Erdogan: 'Dövlət ölkədəki 2 müxtəlif həyat tərzini qorumağa hazırdır'


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyib Erdogan bildirib ki, İstanbuldakı terror aktı Türkiyə cəmiyyətinin parçalanmasına yönəlib.

O, yanvarın 4-də xalqa müraciətində, dövlətin ölkədə mövcud olan tamamilə iki müxtəlif həyat tərzini qorumağa hazır olduğunu bildirib.

Erdogan qeyd edib ki, Türkiyə hakimiyyəti terror qarşısında boyun əyməyəcək.

Qeyd edək ki, ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu bundan əvvəl, İstanbuldakı terror aktını tərədən şəxsin kimliyinin artıq müəyyən edildiyini bildirib.

Amma onun adı hələlik açıqlanmır.

Yeni il axşamı İstanbuldakı gecə klublarından birinə edilən silahlı basqın nəticəsində 39 nəfər ölüb, 69 nəfərsə yaralanıb.

Hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG