Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:48

İlham Əliyev Türkiyədədir


İlham Əliyev
İlham Əliyev

-

Azərbaycan prezidenti İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub. Xəbəri APA yayıb.

Prezident İ.Əliyevin türkiyəli həmkarı Recep Tayyip Erdoğan-la təkbətək görüşü gözlənilir. Bunun ardınca isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Şuranın iclasının Ankarada keçirilmə təşəbbüsünün Azərbaycan prezidentindən gəldiyi bildirilir. «Anadolu» agentliyi Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən bildirir ki, Erdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyə görə Azərbaycan prezidentinə təşəkkür edib.
Türkiyə prezidenti martın 15-də Azərbaycana gəlməli idi.

Ancaq martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terrora görə o, səfərini təxirə salıb.

Bundan sonra isə Azərbaycan prezidentinin Türkiyəyə gedəcəyi bildirildi.

Türkiyə prezidenti buna qədər yenə terror olayı üzündən Azərbaycana bir dəfə də gəlişini təxirə salmışdı. R.T.Erdoğan onda da Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gəlməli idi. Lakin fevralın 17-də Türkiyədə baş verən terror üzündən bu səfəri də ertələnmişdi.

XS
SM
MD
LG