Türkiyə prezidenti Racep Tayyip Erdogan yerli valyutanı qorumaq üçün ölkə vətəndaşlarını əllərində olan dollar və avronu Türk lirəsinə dəyişməyə çağırıb və bunu “xarici sövdələşmə”adlandırıb.
“Qardaşlarım, kimlərin ki, yastığının altında dollar və ya avro var, lirəyə dəyişin. Biz bu sövdələşməni birlikdə pozacağıq”, Erdogan mayın 26-da Ərzurumda keçirdiyi seçkiqabağı mitində deyib.
Qeyd edək ki. iyunun 24-də Türkiyədə parlament və prezident seçkisi keçiriləcək.
Türk lirəsi təkcə ötən ay ABŞ dolları və avroya nisbətdə təxminən 16 faiz ucuzlaşıb.
Ümumilikdə isə lirə ilin əvvəllərindən bu yana 20 faizədək dəyərini itirib.
Türkiyənin mərkəzi bankı Myin 23-də faiz dərəcəsini qaldırdıqdan sonra lirə bir qədər özünə gəlsə də kövrək olaraq qalır.
Türkiyə hakimiyyəti bunu böyük dövlətlərin sövdələşməsi hesab edir.
Hakimiyyət deyir ki, məqsəd ölkə iqtisadiyyatını zəiflətməkdir.
Erdogan Ərzurumda keçirdiyi mitinqdə deyib ki, xarici maliyyə sektoru türkiyəli investorlar və iş adamlarına qarşı qəsdən belə bir oyun oynayır.
Mərkəzi Bankın mayın 23-də qəbul etdiyi qərardan sonra 1 ABŞ dolları 4,55 lirəyə düşdü, amma az sonra məzənnə qalxaraq yenidən 4,8 oldu.
Mərkəzi Bank iyunun 7-də pul-kredit siyasəti ilə bağlı iclas planlaşdırırdı, amma təzyiqlərə görə mayın 23-də təcili iclas keçirməli oldu.
Ekspertlərsə yaranmış vəziyyətin ölkə iqtisadiyyatının pisləşməsi, infilyasiya və işsizliyin səviyyəsinin ,büdcə kəsiri və xarici borcların artmasıilə bağlı olduğunu deyirlər.