Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 19:49

Erdoganla Trump maydan əvvəl görüşə bilərlər


Donald Trump və Racep Tayyip Erdogan

Bu ilin mayınadək Türkiyə prezidenti Racep Tayyip Erdoganla ABŞ prezidenti Donald Trump arasında görüş ola bilər.

Bunu fevralın 22-də Erdoganın sözçüsü Ibrahim Kalin Ankarada keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyədə olan məlumata görə, kürdlərin PYD və YPG qruplarına məxsus ünsürlər hələ dəSuriya ərazisində “Suriya demokratik qüvvələri” adı altında fəaliyyət göstərirlər.

“Biz Trump hökuməti ilə bu məsələnin müzakirəsini davam etdiririk. Mayda NATO ölkələrinin aralıq zirvə toplantısı olacaq və orda liderlərin mütləq görüşməsi nəzərdə tutulur. Amma prezidentlərin bundan əvvəl görüşməsi üçün hazırda lazımı hazırlıq işləri görürük”,deyə İbrahim Kalin deyib.

Sözçü Türkiyə-Avropa Birliyi münasibətləri ilə bağlı sualı da cavablandırıb, deyib ki, Şengen zonasına daxil olmaq Türkiyə vətəndaşlarının çoxdan gecikmiş haqqıdır.

İbrahim Kalin Avropa Biurliyinin bu məsələdə hələ də gözləməsi, vacib addımlar atmamasının qəbuledilməz olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG