Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:09

Ekspert: 'Türkiyədə ağır günlər qabaqdadı' [video]


Türkiyə referendumu - Erdoganın qələbəsi yoxsa məğlubiyyəti?
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00

Türkiyə referendumu [A-Live]

Türkiyənin parlament respublikasından prezident respublikası modelinə keçməsi qonşu ölkənin siyasəti üçün nə deməkdir? Təhlilçilər nə deyir, doğrudanmı bu demokratik geriləmədir?

Rəsmi məlumata görə, 16 aprel referendumuna seçicilərin 51,3 faiz səs "hə" deyib. Hakim Ədalət və İnkişaf Partiyası qələbəni bayram edir:

Referendum ölkənin Ana Yasasına 18 dəyişiklik nəzərdə tutur. Türkiyədə müxalifət nəticələrə etiraz edir. Səslərin oğurlandığını da iddia edənlər var.

Buna da bax:​ 'Erdoğan-ın əvvəlki kimi bağırmasına meydan qalmadı'

AzadlıqRadiosu-nun Türkiyə müxbiri Arzu Qeybullayeva deyir ki, müxalifətin etirazı nəticəsində seçkinin nəticələrinin dəyişəcəyini gözləmir.

“Sadəcə bir şey təsdiqləndi. – Türkiyənin ikiyə bölünməsi. Amma müsbət dəyişikliklərdən biri o oldu ki, referendumdan sonra böyük şəhərlər özəlliklə də AKP-nin çox böyük dəstəyi olan İstanbul, eləcə də Ankara və İzmir kimi şəhərlər AKP-nin gücünə qarşıdırlar, ən azından bunu öz səslərində göstərə bildilər”.

Türkiyə cəmiyyətinin ikiyə bölündüyünü, “Hüriyyət” qəzetinin Ankara ofisinin rəhbəri Serkan Demirtaş da deyir. Demirtaş “Reuters”ə müsahibəsində bildirib ki, bu referendum Türkiyə üçün tarixi əhəmiyyətli oldu. Nəticələr isə onu göstərdi ki, adamlar durumla bağlı çaşqındırlar:

Buna da bax: 'Allah rəhmət eləsin, Türkiyə. 1921-2017'

Steven Cook
Steven Cook

"Bu, Türkiyə qarşısında faktiki olaraq böyük dilemmadır. Bu parçalanma getdikcə davam edəcək, çünki indiki mənzərə göstərir ki, ağır günlər qabaqdadır - həm siyasi mənada, həm də toplumun durumu baxımından. “Foreign Policy” dərgisinin müəllifi Steven Cook isə yazır ki, prezident Erdoğan və onun partiyası üçün daha öz hakimiyyətini sürdürməkdən ötrü rahat bir mühit olmayacaq”.

Müəllif hesab edir ki, bu referendumla, Atatürkün 1921-ci ildə qurduğu demokratik cümhuriyyətin sonu gəldi.

Buna da bax:​ Türkiyədə referendum

Müəllif yazır ki, avtoritar xarakterli Erdoğan Osmanlı tarixindən ruhlanır.

"Türklər referendumda «hə» deməklə Atatürk-ün xəyal etdiyi və cəmiyyətə verdiyi müasirlik versiyasına müxalif olduqlarını göstərdilər. Recep Tayyip Erdoğan, sadəcə, konstitusiya referendumunda qələbə qazanmadı, o, ölkəsinin müasir tarixində bir fəsli əbədi qapatdı”.

Qabil Hüseynli
Qabil Hüseynli

Bakıda şərhçilər bu fikirlə razı deyillər. Politoloq Qabil Hüseynli deyir ki, səs fərqinin cüzi olması onu göstərdi ki, Türkiyə toplumu demokratiyaya meyllidir. Hakimiyyət partiyasının əlində böyük inzibati resurslar vardı, dini kəsim, demək olar, onun tərəfindəydi, üç partiya koalision şəkildə referenduma dəstək verdi, amma qələbə çox kiçik faizlə qazanıldı.

Buna da bax: İlham Əliyev Receb Tayyib Erdoğanı təbrik edib

Türkiyədə təhsil almış hüquqşünas, Sivil Toplum Platformasının üzvü Ələsgər Məmmədli deyir ki, bu seçki Erdoğanın onsuz da de-fakto mövcud olan səlahiyyətlərini de-yure rəsmiləşdirdi. Bununla belə, indiki vəziyyət Erdoğanın üzərinə yeni məsuliyyətlər qoyur:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"Türk toplumunu daha dinamik saxlayacaq bu nəticə. Çünki indi qarşı görüşdə olanlar, müxalif olanlar daha çox kütləni dalınca çəkə biləcək. Eyni zamanda Erdoğan və onun tərəfdarları da daha fərqli siyasət aparıb, toplumla ziddiyyətləşməyə yox, ona daha pozitiv mesajlar verəcək yolu seçəcək”.

Buna da bax:​ Erdoğan referendumdan sonrakı Türkiyədən danışır [Video]

Biz Bakıda sorğu keçirib, sakinlərin fikrini öyrənmişik. Onlar Türkiyənin prezident-üsul idarəsinə keçməsinə necə baxırlar.

Bakı sakinləri Türkiyə referendumu haqda danışırlar
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

ATƏT-in müşahidə missiyası bildirib ki, Türkiyədə referendum kampaniyası bərabər mühitdə keçməyib, Seçicilərə islahatın mahiyyəti barədə obyektiv məlumat verilməyib, ictimai təşkilatlar bu seçkidə iştirak edə bilməyiblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG