Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 13:55

Ərdoğan: 'Qətər böhranının heç kimə faydası yoxdu'


Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan barışıq missiyası ilə Səudiyyə Ərəbistanı, Küveyt və Qətərə ikigünlük səfərə çıxıb.

O deyib ki, Qətər ətrafında yaranan böhranın heç kimə faydası yoxdu.

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və bir neçə başqa ölkə Türkiyənin müttəfiqi olan Qətərlə diplomatik və ticarət ələqələrini kəsib.

Qətərdən "terrorçuluğu dəstəkləməməyi", "İranla yaxın münasibətlərə" son qoymağı tələb edib.

Qətər terrorçuluğu dəstəkləmək ittihamlarını rədd edir.

İyulun 23-də Ərdoğanın Səudiyyə kralı Salmanla görüşəcəyi, daha sonra Küveytə, Qətərə yollanacağı gözlənir.

Bu arada ABŞ-da böhranı həll etməyə çalışır.

Buna da bax: Qətər böhranına girişən Türkiyə özünə problem yarada bilər

Qətər böhranına girişən Türkiyə özünə problem yarada bilər
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG