Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 11:50

Erdogan; 'NATO-ya inam məsələsi sual doğurur'


Türkiyə - Türkiyə prezidenti Recep Tayyip Erdogan NATO Parlament Assambleyasının İstanbulda keçirilən sessiyasında. Noyabr, 2016

Türkiyə prezidenti Recep Tayyip Erdogan ölkəsinin NATO-ya etibar edib-etməmək məsələsində tərəddüd etdiyini dilə gətirib.

"Anadolu" agentliyinin yazdığına görə, Erdogan bildirib ki, Türkiyə Suriya ərazisindən təhdidlərlə üzləşəndə NATO öz zenit-raket komplekslərini Türkiyədən çıxardı. Onun fikrincə, alyans bununla təhlükə anında Türkiyəyə yardım etməyəcəyini anlatmağa çalışdı.

Erdogan əlavə edib ki, bundan sonra Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün Rusiyadan S-400 sistemlərinin alınması ilə bağlı danışıqlara başlayanda alyansın tənqidləri ilə üzləşdi:

"Belə təşkilata etibar edilməsi məsələsi ciddi suallar doğurur. Bütün bunlar NATO daxilində problemlərin olduğunu göstərir".

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG