Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:20

Erdoğanın Nyu Yorkdakı görüşünə qarışıqlıq düşdü (VİDEO)


ABŞ mediasının verdiyi xəbərlərdə deyilir ki, sentyabrın 21-də Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Nyu York şəhərində keçirilən görüşündə etiraz və zorakılıqlar baş verib.

Nyu Yorka BMT Baş Assambleyasında iştirak etmək üçün gedən Türkiyə prezidenti Times Square meydanındakı Marriott Marquis otelində Türkiyə Amerika Yönləndirmə Komitəsinin (Turkish American National Steering Committee - TASC) təşkil etdiyi tədbirdə səhnədə görünəndən az sonra zaldakı bir neçə etirazçı ingiliscə “sən terrorçusan” deyə qışqırmağa başlayıb.

Türkiyə mediası etiraz edənlərin əslən etnik kürd olduğunu xəbər verir.

Tədbirdən çəkilən videolarda qara geyimli şəxslərin salondakıları yararaq etirazçılara doğru hərəkət etdikləri görünür.

Bunun ardınca etirazçıların zaldan çıxarıldıqları xəbər verilir. Bu zaman onlardan bəzilərinə qarşı zorakılığa əl atıldığı da bildirilib.

"Amerikanın sesi" radiosunun verdiyi xəbərə görə bu qarışıqlığın baş verdiyi zaman Erdoğan səhnədə dayanaraq iştirakçıları sakitləşməyə çağırırdı:

"Mənim əziz qardaşlarım, mənim əziz qardaşlarım, mənim əziz qardaşlarım, sizdən bir ricam var. Üç-beş özünü apara bilməyənə, salon terroristinə görə bu gözəl məclisimizin pozulmasına yol verməyin”.

BuzzFeed saytı yazır ki, etirazçılarla əlbəyaxada Erdoğan mühafizəçilərinin iştirak edib-etmədiyi bilinmir.

Bəzi xəbərlərə görə etirazçılara qarşı Erdoğan tərəfdarları tərəfindən hücumlar hələ tədbir başlanandan əvvəl yer alıb.

BuzzFeed xatırladır ki, may ayında Vaşinqtonda Türkiyə səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında da Erdoğanın Trump-la görüşünün ardınca zorakılıqlar baş vermiş, çox sayda adam xəsarət almışdı.

Sonradan etirazçılara hücum edənlərin Erdoğanın mühafizə dəstəsindən olduğu bildirilmişdi.

Bunun ardınca yayılmış videolarda Erdoğanın bu toqquşmaları şəxsən seyr etdiyi görünmüşdü.

Daha sonra 15 Türkiyə təhlükəsizlik əməkdaşına qarşı ABŞ hakimiyyət orqanları tərəfindən cinayət işi açılmışdı.

Sentyabrın 19-da verdiyi müsahibədə Erdoğan demişdi ki, həmin insidentlə bağlı guya prezident Trump ondan üzrxahlıq edib.

Lakin bu bəyanatdan sonra Ağ Ev bildirib ki, Erdoğana heç bir üzrxahlıq edilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG