Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Erdogan məsciddə namaz qılarkən huşunu itirib


Rəcəb Təyyub Erdogan məsciddə
Rəcəb Təyyub Erdogan məsciddə

Türkiyə prezidenti Racep Tayyib Erdogan sübh namazı qılarkən huşunu itirib.

Bu barədə iyunun 25-də “Hürriyet” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, o özünü hazırda yaxşı hiss edir.

“Təzyiqə görə halım pisləşdi, bu şkər xəstəliyi ilə əlaqədardır. Hazırda yaxşıyam”, Erdogan deyib.

Mənbə yazır ki, prezident səhər saat 05.20 radələrində məscidə gəlib və camaatla bayramlaşdıqdan sonra namaz qılmaq üçün gözləməyə başlayıb.

Saat 06.00 radələrində oturarkən qəflətən halı pisləşib və sola tərəf əyilib.

Erdoganın halı pisləşəndə ona birinci cangüdənləri, sonra isə həkimlər özlərini çatdırıb.

İnsident Memar Sənan məscidində, Ramazan bayramı münasibəti ilə namaz vaxtı baş verib.

Jurnalistləri məscidə buraxmayıblar və prezident ibadətdən sonra müsahibə verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG