Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Erdogan Sarayevoda seçkiqabağı mitinq keçirir


Erdogan Bosniya-Herdeqovinada
Erdogan Bosniya-Herdeqovinada

Türkiyə prezidenti Racep Tayyip Erdogan mayın 20-də Bosniya və Herseqovinaya işçi səfərə gedib.

Onu Sarayevo hava limanında Bosniya Herseqovina Şurasının sədri, yerli müsəlman icmasının lideri Bəkir İzzetbegoviç qarşılayıb.

Milliyet.com-un yazdığına görə, Erdogan Sarayevoya Türk Demokratlar Birliyinin (UETD) 6-cı Baş Assambleyasına qatılmaq üçün gedib.

Azadlıq Radiosunda olan mılumata görə Erdogan mayın 20-də Sarayevoda seçkiqabağı mitinq keçirməyi planlaşdırır.

Qeyd edək ki, mayın 24-də Türkiyədə vaxtındanəvvəl parlament seçkiləri keçirilməlidir.

Xatırladaqq ki, bir sıra Avropa Birliyi ölkələri bundan əvvəl- ötən il Türkiyə rəsmilərinin bu cür mitinqlər keçirməsini qadağan elədi və bundan sonra Ankara ilə Avropa Birliyi arasındakı münasibətlər gərginləşdi.

Buna da bax:Avstriya türkiyəli nazirin gəlişinə qadağa qoydu

Bosniyanın serb lideri Milorad Dodik də Erdoqanın Bosniyanın işlərinə çox qarışmaqda günahlandırır.

Sarayevo hakimiyyətinin məlumatına görə mitinqə 10-15 min arası adam qatılmalıdır.

Səfər zamanı Erdoqanı nazirlər də daxil olmaqla böyük nümayəndə heyəti müşaiyət edir.

Bosniya və Herseqovina müsəlman, xorvat və serb icmalarındn ibarət konfederativ respublikadır, 3,5 milyonluq əhalisinin təxminən yarısı müəslmanlardır.

Xatırladaq ki, Bosniya və Balkanların böyük hissəsi vaxtilə 4 əsrdən də çox Osmanlı imperiyasının hakimiyyəti altında olub.

Buna da bax:Erdoğan Avropadakı türk miqrantları necə yoldan çıxarır

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG