Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:46

«Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar» kitab oldu


-

Kitab
Kitab

«Elm və təhsil» nəşriyyatında AMEAƏlyazmalar İnstitutunun əməkdaşı Fərid Ələkbərlinin «Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar» adlı kitabı çapdan çıxıb.

Müəllifin AzadlıqRadiosunun «İz» proqramına bildirdiyinə görə, nəşrin elmi redaktoru Paşa Kərimovdur.

Fərid Ələkbərli 2011-2014 illərdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin tapşırığı ilə Vatikanda ezamiyyətdə olub.

Səfərlərin əsas məqsədi Vatikan Məxfi Arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkarlanması vəaraşdırmaya cəlb olunması idi.

Nəticədə Vatikan Apostol kitabxanasında və Məxfi Arxivdə saxlanan Azərbaycana aid çoxlu sayda əlyazmalar və tarixi sənədlər aşkarlanıb.

Vatikan Apostol Kitabxanasından tapılan 400-dən çox qədim əlyazma tədqiqata cəlb olunub.

Kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma və çox sayda xəritə tapılıb.

Onların arasında məşhur Azərbaycan müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəverdi və b.), eyni zamanda indiyədək adı bizə məlum olmayan orta əsr müəlliflərinin 11 əsəri var.

Azərbaycan əlyazmaları Vatikan tərəfindən bərpa olunub. yüksək keyfiyyətli rəqəmsal surətləri hazırlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG