Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:04

Elon Musk:"Bu kosmos sahəsində inqilabdır"


Elon Musk

İlon Maskın ( Elon Musk) SpaceX şirkəti martın 30-da dünyada ilk dəfə olaraq kosmosa dəfələrlə istifadə oluna bilən və geri dönən Falcon-9 raket-daşıyıcısı buraxıb.

Reuters və digər agentliklərin məlumatına görə, raket orbitə SES-9 telekommunikasiya peyki çıxarıb və bundan sonra uğurla üzən platformaya enib.

Buraxılış üçün 2016-cı il aprelin 8-də kosmosa uçan raketdən istifadə olunub.

Onda da raketin ilk hissəsi uğurla yerə enmişdi.

İlon Mask təkrar buraxılışın da uğurlu olmasından sonra kosmosun kəşvində yeni era başlandığını bildirib.

“Bu gün kosmos sənayesində böyük gündür. Sübut elədik ki, raketin ən baha başa gələn ilk hissəsindən dəfələrlə istifadə etmək olar. Bu əsil inqilabdır.Təsəvvür edin ki, hər uçuşdan sonra təyyarəni bir neçə dəfə istifadə etmək əvəzində atırdız. Bu gün olduğumuz yerə çatmaq üçün bizə 15 il vaxt lazım oldu. Kosmik uçuşlar tarixində yeni mərhələyə keçdiyimizə görə SpaceX komandası ilə fəxr edirəm. Sadəcə söz tapa bilmirəm”, deyə İlon Mask bildirib.

İndi şirkət raketin ilk hissəsinin təmirini sıfıra endirmək və onu 24 saat ərzində yenidən uçuşa buraqxmağın mümkünlüyü üzərində işləyəcək.

Maks hesab edir ki, bu məqsədə 2017-ci ilin sonu-2018-ci ilin əvvəllərində çata biləcəklər.

Onun sözlərinə görə, gələcəkdə raketin ilk hissəsindən 10-dəfə təmirsiz, təxminən100 dəfə isə cüzi bərpa işləri aparmaqla istifadə etmək mümkün olacaq.

Amma martın 30-da buraxılan aparat bir daha uçmayacaq, Kanaveral burnundakı Kennedi adına kosmodroma qoyulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG