Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Müharibə əlili 55 manat ödənişi təhqir sayır


Əfv sərəncamı: İlham Əliyev siyasi məhbus siyahısından kimləri azad edir?
Gözlə

No media source currently available

0:00 0:14:14 0:00

Əfv sərəncamı: İlham Əliyev siyasi məhbus siyahısından kimləri azad edir?

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmin edir ki, əlilliyin təyin olunmasında süründürməçilik aradan qaldırılacaq və eyni zamanda saxta əlillik təyinatlarına yol verənlər cəzalandırılacaq.

İllərdir əlillik statusu almaqda problemlə üzləşən Fariz İmanov ümid edir ki, yeni nazirin bu vədi sözdə qalmayacaq.

O deyir ki, 1992-ci ildə hərbi xidmət zamanı minaya düşüb və ayaqlarından qəlpə yarası alıb. Qəlpələrdən biri hələ də ayağındadır. Amma döyüşə könüllü qatıldığından hərbi hospital əlillik dərəcəsini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təyin etməli olduğunu deyir.

Nazirlik isə döyüşdə xəsarət aldığından onun işinə hərbi hospitalda baxılmalı olduğunu bildirir. Fariz İmanov deyir ki, beləcə ötür-ötür ucbatından illərdir bu statusu ala bilmir:

"Mina mənim yarım metrliyimdə partlayıb. Bu saat qulağımın biri eşitmir. Qulağımın pərdəsi yoxdur. Bu gün elə fərrarilər, müharibə üzü görməyənlər var ki, müharibə veteranı, I qrup əlil dərəcəsi alıblar. Biz amma can qoymuşuq, qanımız axıb. Bizə verilən o 55 manat, sanki müharibə veteranlarına bir təhqirdir. Şəxsən mən onu bir təhqir sayıram"

Millət vəkili Musa Urud deyir ki, əlil olmayan şəxsə əlillik dərəcəsi vermək bir cinayətdirsə, əlil olanlara əlilliyə görə pensiyanın təyin edilməməsi beşqat cinayətdir. O bu haqda bugünlərdə parlamentin əmək və sosial siyasət komistəsinin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsində danışıb.

Komitə problemlərin həlli üçün işçi qrupu yaratmağı tövsiyə edib.

Elə bir həftə öncə, mayın 17-də əmək və əhalinin sosial müdaifəsi naziri Sahil Bababey özü də əlilliyin təyin edilməsində problemlərin olduğunu deyib. O bildirib ki, əlilliyin qiymətləndirilməsi tam qanunvericilik çərçivəsində olmalıdır.

“Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir. Belə hallara yol verən əməkdaşlar aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacaq”.

Sahil Babayev bildirib ki, problemlərin qarşısını almaq üçün sistemli tədbirlər görüləcək. Keçmiş nazir Səlim Müslümov da bu posta yeni təyin olunanda ishalatlardan danışırdı, hətta ictimaiyyətin qarşısında bəzi işçiləri vəzifəsindən azad da etmişdi.

Bəs, yeni nazir problemləri həll edə biləcəkmi? Həm məmurların, həm də bəzi fürsətcil vətəndaşların qazanc mənbəyinə çevirdikləri əlilliyə görə pensiya təyin olunması necə dəyişəcək?

İllərdir adi vətəndaşların, əlilliyin təyin edilməsindən pensiyaların verilməsinə qədər yalnız müstəqil ekspertlərin haqqında danışdıqları ən müxtəlif problemləri indi rəsmilərin özləri də dilə gətirirlər.

Bu problemlər isə süründürməçilik, saxta əlillik sənədləri ilə pensiya alınması, gerçək əlillərin isə üzləşdiyi bürokratik əngəllərdir...

Millət vəkilləri bütün bu problemləri həll edəcək qanun layihəsi hazırladıqlarını bildirirlər. Bu müzakirələrə vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarından da nümayəndələr dəvət olunur.

Müzakirələrə qatılan Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyir ki, əliliyin müəyyənləşdirilməsi ilə bağlı problem tək Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən asılı deyil və əlilliyi Səhiyyə Nazirliyi müəyyənləşdirir:

“Səhiyyə Nazirliyinin öz işçilərinin təcrübəsizliyi və ya digər səbəblərdən yubanmalar olur. Aydın olmayan məqamlar yaranır”.

Əlilliyin qiymətləndirilməsini səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında Tibbi-Sosial Ekspert komissiyaları aparır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bildirib ki, bu sistemin təkmilləşdirilməsi üçün də təkliflər hazırlanacaq. O, artıq nazirlikdə müvafiq işçi qrup yaradıldığını vurğulayıb. Nazir bildirib ki, Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır.

AzadlqıRadiosu sözü gedən bu məsələ barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə Azərbaycanda əliliyin müəyyənləşdirilməsi nə qədər ədalətlidi?
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

Azərbaycanda əlilliyin təyin olunmasında və sosial yardımların verilməsində problemlərin olduğunu aşağıdan yuxarı az qala hər kəs, o cümlədən nazirin özü də qəbul edir.

Problemlərlə üzləşənlərə isə bird aha gözləmək qalır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG