Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:22

Gözdən əlillər üçün Quran çap edildi


Kitab təqdimat zamanı
Kitab təqdimat zamanı

-

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə çap edilmiş «Qurani-Kərim»in təqdimatı keçirilib.

apa-nın məlumatına görə, Komitə sədri Mübariz Qurbanlı gözdən əlillər üçün «Qurani-Kərim»in 7 cilddə çap edildiyini bildirib.

«Birbaşa bu mənbədən oxumaqla insan islamın mahiyyətini daha dərindən dərk edə bilir. Vətəndaşların sosial müdafiəsi cəhətdən «Qurani-Kərim»in brayl əlifbası ilə dərc olunması sosial bir siyasətdir», - deyib Komitə sədri.

XS
SM
MD
LG