Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:36

Əfv komissiyası yenə toplanıb


Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, iclasda komissiyaya daxil olan müraciətlərin 100-dən çoxuna baxılıb
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, iclasda komissiyaya daxil olan müraciətlərin 100-dən çoxuna baxılıb

Prezident yanında Əfv Məsələləri Komissiyası bu gün, mayın 1-də yenidən toplanıb.

“Turan” agentliyinin xəbərinə görə, komissiyanın üzvü Əliməmməd Nuriyev deyib ki, iclasda komissiyaya daxil olan müraciətlərin 100-dən çoxuna baxılıb.

Həmin müraciətlərin bir qisminə müsbət rəy verildiyi deyilir.

Komissiyanın bu həftə bir neçə dəfə toplanması, iclasların həftə sonunadək yekunlaşması gözlənir.

Komissiya iclaslarını yekunlaşdırdıqdan sonra əfv olunması münasib hesab olunan şəxslərin siyahısı prezidentə təqdim olunmalıdır.

Bu il əfv komissiyasının ilk toplantısı yanvarın 30-da keçirilmişdi. İndiyədək ümumilikdə 6-dan çox iclas keçirilib. Komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciətinin daxil olduğu bildirilir. Onların 700-dən çoxuna baxıldığı vurğulanır.

Xatırlatma

Prezident sonuncu dəfə əfv fərmanını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Bu il Novruz bayramı (martın 20-21-i) ərəfəsində də yeni əfv sərəncamının imzalanması gözləntisi olsa da, bu, gerçəkləşmədi. Əfv sərəncamının indi də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubleyi ərəfəsində imzalanacağı gözlənir.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG