Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:08

Əfqanstanda türk bazarına silahlı hücüm


-

Əfqanıstanın paytaxtı Kabildə axşam saatlarında türkiyəli Osman Kayaya aid “Turkish Bazaar” adlı yerə silahlı hücum olub, iki türk vətəndaşı öldürülüb. Yaralılar var.

Naməlum şəxsin etdiyi hücumun terror olub-olmadığı hələ məlum deyil. Türkiyənin “Radikal” qəzeti yazır ki, yerli polis olayın biznes münaqişəsi zəmində baş verəcəyi ehtimalını irəli sürür.

Hücum baş verən zaman başqa bir türk şirkətinə də naməlum şəxslərin hücumu olub və bir şirkət yetkilisi oğurlanıb. Bu hadisə zamanı da yaralananlar olub.

Oğurlanan adamın kimliyi hələ açıqlanmayıb.

XS
SM
MD
LG