Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:00

İranlı dissident Yazdi 86 yaşında vəfat edib


Ebrahim Yazdi

İranın tanınmış dissident, Ayatollah Khomeini-yə yaxın sayılan keçmiş xarici işlər naziri Ebrahim Yazdi uzun sürən xəstəlikdən vəfat edib. Bu haqda İranın yarırəsmi ISNA xəbər agentliyi məlumat yayıb.

ISNA avqustun 28-də bildirib ki, Yazdi Türkiyənin qərbindəki İzmir şəhərində dünyasını dəyişib. Orada mədəaltı vəzi xərçəngindən müalicə olunurdu. Agentlik dissidentin doğma Qəzvin şəhərində dəfn olunmağa gətiriləcəyini açıqlayıb.

SƏFİRLİYİN TUTULMASINA ETİRAZ EDİB

Yazdi bir neçə il ABŞ-da sürgündə yaşayıb, Şah Mohammad Reza Pahlavi rejiminə qarşı mübarizə aparıb. 1971-ci ildə ABŞ vətəndaşlığı alıb.

Ayatollah Khomeini Fransada sürgündə olanda ona müşavirlik edib.

1979-cu ildə şahın devrilməsiylə nəticələnən inqilabdan sonra Yazdi İrana qayıdıb, baş nazir Mehdi Bazargan-ın keçid hökumətində xarici işlər naziri postunu tutub.

Bazargan, Yazdi və bütün kabineti 1979-cu ilin noyabrında istefa verib. Onlar ABŞ səfirliyinin tutulmasına və Tehranda onlarla amerikalı diplomatın girov götürülməsinə etiraz ediblər. Bu hadisənin İranın beynəlxalq nüfuzuna zərbə vuracağından, ölkənin təcridinə aparacağından narahat olublar.

Yazdi dünyəvi İran Azadlıq Hərəkatının təsisçisi və rəhbəri olub, bu hərəkat 2002-ci ildə yasaqlanıb.

8 İLLİK HƏBS CƏZASI

2011-ci ildə 80 yaşı olan Yazdi 8 illik həbsə məhkum edilib. Ona təhlükəsizlik ittihamları irəli sürülüb, milli təhlükəsizliyə qarşı davranmaqda, yalan yaymaqda suçlanıb. Adətən, İranda siyasi fəallara bu ittihamları irəli sürürlər.

O zaman yayılan məlumatlara görə, Yazdi özünümüdafiədən imtina edib, İnqilab Məhkəməsinin bu işi aparmaq səlahiyyəti olmadığını bildirib.

O, daha sonra səhhətiylə bağlı səbəblərə görə şərti azadlığa buraxılıb.

Yazdi o vaxtdan elə də fəal olmayıb. 2008-ci ildə «The New York Times» qəzetinə deyib ki, «siyasi sistem, əsasən, despotikdir».

Yazdi Tehran Universitetində əczaçılıq dərəcəsi alıb. Sourour adlı xanımla evli olub, altı övladı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG