Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:48

Dünya liderləri sosial şəbəkələrdə fəallaşır


Donald Trump (@realDonaldTrump) Twitter-də ikinci ən çox izlənən liderdir.

Artıq ikinci ildir «Burson-Marsteller» ictimai münasibətlər və kommunikasiya firması «Twiplomacy» adlı araşdırmasını açıqlayır. Bu araşdırmada Twitter, Facebook, Instagram, Periscope və Snapchat kimi sosial media platformalarından istifadə tədqiq olunur.

Builki hesabatda bildirilir ki, sosial mediadan yararlanan Papa Francis və Hindistanın baş naziri Narendra Modi izləyicilərinin sayını artırıblar.

Hesabatda ABŞ prezidenti Donald Trump kimi yeni liderlər də peyda olub. O, son bir neçə ayda milyonlarla yeni izləyici cəlb edərək, Twitter-də ən çox izlənən ikinci dünya liderinə çevrilib. Qurum bildirir ki, belə davam edərsə, Trump Papa Francis-i də ötərək, avqustun sonunadək ən çox izlənən liderə çevrilə bilər.

ƏN POPULYAR PLATFORMA

Donald Trump-ın tvitləri digər hökumətlərə də təsirini göstərib. Çoxları bu Twitter trendinə cavab verməyin yollarını arayıblar. Argentinadan @MauricioMacri, Kanadadan @JustinTrudeau, İordaniyadan @KingAbdullahII, Səudiyyə Ərəbistanından @KingSalman və Türkiyədən @RT_Erdogan son bir ildə Twitter-də xeyli irəliləyiş ediblər.

Argentina prezidenti Snapchat kimi yeni kanallarda fəaldır, gənc izləyiciləri, potensial gələcək seçiciləri hədəfləyir. Bir çox hökumətlər Periscope-dan faydalanır, mətbuat konfranslarından canlı yayım verir, yaxud rəqəmsal video sammitlər keçirirlər.

Twitter hökumətlərin, xarici işlər nazirliklərinin ən çox istifadə etdiyi sosial media kanalıdır. Bunu onların sayından görmək olar. «Burson-Marsteller» tədqiqat komandası aşkarlayıb ki, Twitter-də 856 hesab 178 ölkənin dövlət başçıları, hökumətləri və xarici işlər nazirliklərinə məxsusdur. Bu, BMT-yə üzv ölkələrin 92%-i deməkdir. Bu hesabların toplam 356 milyon izləyicisi var.

İlham Əliyevin Facebook səhifəsinə nələr yazırlar?
Gözlə

No media source currently available

0:00 0:14:30 0:00

Əsasən, Afrika, Asiya və Sakit Okean regionunda yerləşən 15 ölkə Twitter-də yoxdur. Hətta Qərbin sosial şəbəkələrini bloklayan «Böyük divar»ıyla məşhur Çin hökuməti belə, getdikcə sosial mediaya açılır və diplomatik missiyalarından bəziləri Twitter-də həmkarlarıyla ilə ünsiyyətə girir.

DİGƏR ŞƏBƏKƏLƏR

Facebook hökumət liderləri arasında ikinci populyar şəbəkədir. 169 ölkənin dövlət, hökumət başçıları və xarici işlər nazirlikləri bu platformada fəaldırlar. Bu, BMT üzvlərinin 88 faizi deməkdir. Onların 606 Facebook səhifələrinin toplam 283 milyon bəyənəni var. Ortalama götürəndə, Facebook səhifələri Twitter hesablarından daha populyardır. Bir səhifəni ortalama 38 min 891 nəfər bəyənirsə, Twitter-də bir hesabı 16 min 848 nəfər izləyir.

YouTube hökumətlər arasında üçüncü ən çox işlənən şəbəkədir. 147 hökumət, yaxud BMT üzvlərinin 76%-i buradan videoarxiv kimi faydalanır. Abunəçilərin ortalama sayı 734-dür.

Foto-paylaşım şəbəkəsi olan Instagram dördüncü populyar sosial şəbəkədir və BMT üzvlərinin 73%-nin burada hesabı var. Təhlil olunmuş 330 hesab ortalama 2 min 822 izləyici toplaya bilib.

Google+ ilk beşlikdədir. 128 ölkənin, yaxud BMT üzvlərinin 66%-i bu platformadadır. Ancaq 261 səhifədən yalnız ¼-i fəaldır və hökumətlərin Google+ səhifələrinin ortalama 55 izləyicisi var.

YENƏ TWITTER

Hesabatda bildirilir ki, ABŞ prezidenti Barack Obama vəzifədən gedəndən Papa Fransic (@Pontifex) Twitter-də ən çox izlənən liderə çevrilib. Hazırda onun müxtəlif dillərdə olan 9 hesabının 33.7 milyon izləyicisi var. Rəsmi hesablarında hər gün müxtəlif fikirlər, dualar yayılır.

ABŞ prezidenti Donald Trump (@realDonaldTrump) ikinci ən çox izlənən liderdir. Onun 30.1 milyon izləyicisi var. Trump ötən il prezident seçkisi kampaniyasında izləyicilərinin sayını üç dəfədən çox artırıb. Bu il yanvarın 20-də prezidentliyə başlayandan sonra isə hesabı ayda 5.7% faiz artır.

Twitter-də ən çox izlənən üçüncü siyasətçi Hindistanın baş naziri Narendra Modi-dir (@NarendraModi). Şəxsi hesabının 30 milyon, rəsmi @PMOIndia hesabının isə 18 milyon izləyicisi var və 4-cü yerdə gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG