Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:47

Rusiya ABŞ sanksiyalarına əməl edənləri cəzalandıra bilər


Dmitri Medvedev Rusiya Dövlət Dumasında

Rusiyanın Dövlət Dumasında ölkə ərazisində ABŞ sanskiyalarına əməl edən şəxs və təşkilat nümayədələrinin həbs olunmasına imkan verən qanun layihəsi işlənir.

Mayın 11-də verilən xəbərlərə görə yeni qanun layihəsi xarici sanksiyalara əməl edən və yaxıd Moskva üzərinə sanksiyaların qoyulması ilə nəticələnən informasiyaları ötürmüş şəxslərin 9300 dollar cərimə edilməsini və ya 4 il müddətinə azadlıqdan məhrum olunmasını nəzərdə tutur.

Rusiya parlamentinin aşağı palatası Dövlət Dumasında prezident Vladimir Putinin Vahid Rusiya partiyası mütləq çoxluğa malikdir. Sözü gedən qanun layihəsinin mayın 14-15-də müzakirəyə çıxarılacağı xəbər verilir.

Əgər qanun layihəsi səsvermədən keçərsə, mayın 30-dək yuxarı palata – Federasiya Şurasında asanlıqla qəbul ediləcəyi gözlənilir.

Birləşmiş Ştatlar aprelin 6-da Rusiya üzərinə yeni cəzalandırıcı sanksiyalar qoyub. Maliyyə Nazirliyi bildirib ki, sanksiyalara səbəb Moskvanın dünya boyunca “bəd əməlləri” və 2016-cı il ABŞ seçkisinə müdaxilə cəhdidir.

ABŞ və Avropa İttifaqı bundan əvvəl Rusiya üzərinə Moskvanın Ukraynadakı təcavüzü ilə bağlı sanksiyalar qoymuşdular.

Baş nazir Dmitri Medvedev hələ aprel ayında demişdi ki, ABŞ sanksiyalarına əməl edənlərə qarşı cinayət işlərinin qaldırılması “yaxşı ideyadır”.

Lakin bəzi təhlilçilər bu qanun layihəsinin dəstəklənəcəyinə bir qədər şübhə ilə yanaşırlar. Bir çox Rusiya siyasətçiləri narahatdırlar ki, belə bir qanunun qəbul edilməsi Qərbi və ABŞ-ı yeni sanksiyaların qoyulmasına vadar edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG