Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 05:14

DTX dövlətə xəyanətdə şübhəli bildiyi şəxsi saxlayıb


DTX "anti-terror əməliyyatı"nın videosunu yaydı
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

DTX "anti-terror əməliyyatı"nın videosunu yaydı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirir ki, casusluq formasında dövlətə xəyanətdə şübhəli şəxs saxlanılıb.

Bununla bağlı bu qurumun bu gün, noyabrın 4-ü yaydığı məlumatda bildirilir.

Açıqlamaya görə, araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Miryusif Soltanov şübhəli şəxs qismində saxlanılıb.

O, vətəndaşları ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinir.

M.Soltanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib. Onun bərəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DTX-nın açıqlamasına M.Sultanovun yaxınları və ya vəkilindən hələ ki, hər hansı münasibət almaq mümkün olmayıb.

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi

Akif Çovdarova 12 il həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG