Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:12

Avropa çempionatına “kimyəvi dron hücumu” realdırmı?


Fransadakı Allianz Riviera stadionu
Fransadakı Allianz Riviera stadionu

Qərb mediası Euro 2016 futbol turnirinə kimyəvi terror hücumu üçün dronlardan istifadə oluna biləcəyindən yazıb

AzadlıqRadiosunun müxbiri Eugen Tomiuc yazır ki, Avropa 2016 futbol çempionatının ərəfəsində İslam Dövləti və ya hər hansı başqa bir ekstremist qrupun bu yarışı və eləcə də bu yay keçirləcək başqa tədbirləri poza biləcəyi barədə həyacanlı xəbərlər gəlir.

Britaniya mətbuatı adı çəkilməyən təhlükəsizlik mənbələrinə istinadən bildirir ki, 2015-ci ilin Paris basqınından sonra sağ qalmış yeganə şahidlə əlaqədar aşkar olunmuş məlumatlar gizli İD manqasının Rusiya və İngiltərə azarkeşlərinə qarşı hücumunun ola biləcəyini göstərir.

Bəzi daha qorxulu xəbərlərə görə, terror şübhəlisi Salah Abdeslam-ın noutbukundan tapılmış bəzi məlumatlar bu kimyəvi hücum üçün dronlardan istifadə oluna biləcəyinə işarə edir.

Dronun gücü çatmaz

Lakin belə bir plan nə qədər realdır?

Açıq satışda olan dronların qaldırıcılıq gücü azdır
Açıq satışda olan dronların qaldırıcılıq gücü azdır

Kimyəvi silahlar üzrə britaniyalı ekspert Hamish de Bretton-Gordon AzadlıqRadiosuna deyib ki, belə bir hücum prinsipcə mümkün olsa da, onun icrası son dərəcə çətin olardı.

De Bretton-Gordon deyir ki, İD-in İraqda kürd peşmərgə qüvvələrinə qarşı xlor qazından istifadə etdiyi məlumdur, amma effektli xlor hücumu üçün bu zəhərli qazın adi dronların daşıya biləcəyindən xeyli böyük həcmdə olması lazımdır.

Ekspertin sözlərinə görə, açıq satışda olan dronların qaldıra biləcyi həcmdə xlor qazı ilə həyata keçirilən hücum o qədər zəif olardı ki, onu heç hiss də etməzdilər.

Onun fikrincə, bu cür hücumun mümkünlüyü istisna olunmasa da, ondan ciddi narahatlıq keçirməyinə dəyməz.

ABŞ-dan Avropaya xəbərdarlıq

Eugen Tomiuc yazır ki, hazırda satışda olan dronların yükqaldırma gücü çox azdır. Əksər dördmotorlu kvadrokopterlər göyərtəsində fotokamera ilə yalnız 25 dəqiqə uça bilir, hərçənd daha qısa müddətdə 8 kiloqramadək yük götürə bilən dronlar da var.

Parisdəki Stade de France stadionu 2015-ci ildə terrora məruz qalıb
Parisdəki Stade de France stadionu 2015-ci ildə terrora məruz qalıb

Bundan başqa de Bretton-Gordon deyir ki, əhəmiyyətli nəticələri olacaq zəhərli kimyəvi sarin qazının və ya VX-in satışda və İD-in ixtiyarında olmadığı dəqiq məlumdur.

Ekspertlərin fikrincə, silahlar və partladıcılarla törədilən hücumlar daha real təhlükə təşkil edir.

Fransada noyabrda konsert zalında, futbol stadionunun yaxınlığında, Parisin mərkəzindəki bar və restoranlarda törədilmiş və 130 insanın həyatına son qoymuş koordinasiyalı hücumların ardınca tətbiq edilən fövqəladə vəziyyət hələ də qüvvədədir. Bu hücumlara görə məsuliyyəti İD və onun rəğbətlilərinin daşıdıqları bildırilir.

ABŞ Dövlət Departamenti mayın 31-də son 20 ildə Amerika vətəndaşlarına özünün üçüncü səfər xəbərdarlığınıedərək bildirib ki, “yay aylarında Avropaya səfər edən çox sayda turist böyük terror hədəfinə çevrilə bilər”.

Başqa hədəflər

İyunun 10-dan iyulun 10-dək keçiriləcək 2016-cı ilin Avropa çempionatından başqa xəbərdarlıqda, həm də Tour de France velosiped yarışının və Polşanın Krakov şəhərində Katiolik Kilsəsinin keçirəcəyi və 2, 5 milyon insanın qatılacağı gözlənilən Gənclik Günü mümkün terror təhlükəsi kimi qeyd olunur.

Mümkün terror hədəflərinin arasında Tour de France-ın da adı çəkilir
Mümkün terror hədəflərinin arasında Tour de France-ın da adı çəkilir

Almaniya və Fransa xəfiyyələri də futbol çempionatına İD hücumu təhlükəsinin mövcud olduğunubildiriblər. Lakin ABŞ-ın səfər xəbərdarlığında hər hansı hücum planlaşdırıldığına dair spesifik sübutların olmadığı qeyd edirlir.

Londondakı Royal United Studies Institute analitik mərkəzinin antiterror eksperti Raffaello Pantucci deyib ki, burada söhbət tamamilə real və əhəmiyyətli təhlükədən gedir və təhlükəsızlik qüvvələri ictimaiyyət arasında başa düşülən narahatlıq atmosferində işləyirlər.

Euro 2016 çempionatının Fransa stadionlarına 2, 5 milyon insanı toplayacağı gözlənilir və bunların 1 milyonu əcnəbilər olacaq.

Fransa bildirib ki, çempionatın mühafizəsi üçün 90 minlik təhlükəsizilik qüvvəsi çıxaracaq.

Britaniya mediası xəbər verir ki, Abdeslamın kompüterindən Köhnə Marsel Portunun fotoları və adı tapılıb.

İngiltərə azarkeşləri iyunun 11-də Rusiya komandası ilə matça tamaşa etmək üçün məhz buraya toplaşacaqlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG