Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:14

«Dostluq parkı işi»ndə yenilik var...


 «Dostluq» parkı ərazisi
«Dostluq» parkı ərazisi

Bibiheybətdəki «Dostluq» parkı ərazisində torpaq sahələrinin qanunsuz alqı-satqısını həyata keçirdikləri iddia olunan şəxslərin işi məhkəməyə gedir. Sözügedən olayda təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq artıq başa çatıb.

APA-nın xəbərinə görə, təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinin materialları ilə tanış olur. Tanışlıqdan sonra iş məhkəməyə göndəriləcək.

Bu işə görə, Tərlan Hüseynov istintaqa cəlb edilib. Külli miqdarda ziyan vurmaqla dələduzluqda (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham olunan T. Hüseynov Xətai rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

İş üzrə həmçinin, 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Famil Quliyev, Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov də tutulublar.

«Dostluq» parkındakı villaların qanunsuz tikilməsi məsələsi prezident İlham Əliyevin yanında keçirilən müşavirələrdən birində gündəmə gəlmişdi. Ölkə başçısı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova villaları sökmək tapşırığı vermişdi.

Hacıbala Abutalıbov parkın ərazisindəki villaların musiqi sədaları altında sökülməsinə şəxsən rəhbərlik etmişdi.

«Dostluq» parkındakı villalar söküləndən sonra [video]

"Dostluq" parkı söküntüdən sonra
Gözlə

No media source currently available

0:00 0:14:15 0:00

XS
SM
MD
LG