Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:38

Donald Trump-dan NATO və Polşaya güclü dəstək (Canlı yayım)


ABŞ prezidenti Donald Trump-un Polşa səfəri
ABŞ prezidenti Donald Trump-un Polşa səfəri

“ABŞ Mərkəzi Avropada sülh və təhlükəsizliyin qorunub-saxlanmasında sadiqdir və Rusiyanın hərəkətləri və pozucu hərəkətlərinə qarşı birgə iş aparır”

Azadlıq Radiosunun məlumatına görə, bunu ABŞ prezidenti Donaldd Trump iyulun 6-da Varşavaya səfəri zamanı deyib.

ABŞ Prezidentinin Polşa səfərindən canlı yayımı burada izləyə bilərsiz (Rus dilində):

Trump Polşa prezidenti Anjey Duda ilə görüşdən sonra bir daha Vaşinqtonun NATO qarşısındakı öhtəliklərini təsdiqləyib: “Bizim NATO və Polşa ilə güclü ittifaqımız münaqişənin qarşısının alınması və bir daha böyük dövlətlər arasında müharibənin Avropanı dağıtmaması, dünyanın daha təhlükəsiz və yaxşı olmasına təminat üçün çox vacibdir”.

Andrzej Duda və Donald Trump
Andrzej Duda və Donald Trump

Donald Trumpm-a mətbuat konfransında Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı sual da verilib.

Prezident cavabında bildirib ki, o da hesab edir ki, ABŞ-da 2016-cı ilin president seçkisinə Rusiyanın müdaxiləsi olub: “Amma nə baş verdiyini heç kəsəminliklə deyə bilməz.” ABŞ prezidenti detallara varmadan bu mövzuda yalnız bunları deyib: “Məncə, müdaxilə Rusiyadan da ola bilərdi, başqa ölkələrdən də kimlərsə bunu edə bilərdi”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump “Böyük 20-lər ölkələri” ninin sammitinə qatılmaq üçün günün sonununda Varşavadan Almaniyanın Hamburq şəhərinə yollanacaq.

İyulun 7-də onun sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.

Donald Trump Varşavaya səfəri zamanı həmçinin Polşada Mərkəzi və Şərqi Avropa ölkələrinin liderləri ilə görüşəcək.

Bu gün Varşavada “3 dəniz təşəbbüsü” adlı sammit keçirilir.

Bu qrup Baltik, Adriatik və Qara dənizə çıxışı olan 10-dan çox ölkəni birləşdirir.

Onu da qeyd edək ki, Trump-ın Varşavaya səfəri zamanı Polşaya ABŞ istehsalı olan “Patriot” hava hücumlarından müdafiə sistemləri verilməsi barədə sənəd imzalanıb.

Polşanın müdafiə naziri Antoni Macerevic deyib ki, artıq 2022-ci ildən sistemin alınmasına başlanacaq və bu kompleks “istənilən düşmənin” qarşısında Polşanın təhlükəsizliyini təmin edəcək, Rusiyanın “İsgəndər” sisteminə qarşı effektli bir sistem olacaq.

Mecerevic həmçinin deyib ki, Polşa bu yaxınlarda ABŞ-ın “Lockheed Martin” konsernindən uzaq məsafəli “Homar” raket sistemi almaq qərarına gəlib.

ABŞ-ın müdafiə nazirliyi iyunda Polşanın Redzikovo qəsəbəsindəki “Aegis Ashore” hava hücumlarından müdafiə sistemininin təkmilləşdiriləcəyini bəyan edib.

Bu baza Rusiyanın Kalininqrad vilayətinin 250 kilometrliyində yerləşir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG