Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:58

Donald Trump:"Pxenyanın nüvə silahından imtinada ciddiliyini ilk dəqiqlərdə biləcəm"


Donald Trum və Kim Jong Un

ABŞ prezidenti Donald Trump bildirib ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Jong Un-la görüşü Pxenyan üçün “birdəfəlik” şans olacaq.Amma qeyd edib ki, “özünü doğurdan çox inamlı” hiss edir.

Donald Trump bunu iyunun 9-da “Böyük yeddilər” ölkələri liderlərinin Kanadada keçirilən sammiti çərçivəsində Sinqapura yola düşməzdən əvvəl bəyan edib.

Donald Trump-ın Kanadaya gəlişi
Donald Trump-ın Kanadaya gəlişi

​ABŞ prezidenti həmçinin qeyd edib ki, Şimali Koreya liderinin nüvə silahından imtina etməyə ciddi yanaşmasını “ilk dəqiqələrdə” biləcək.

Donald Trum deyib ki, ABŞ və Şimali Koreya rəsmiləri bu tarixi görüşə hazırlaşmaq üçün Sinqapur tərəfi ilə əməli əməkdaşlıq edirlər.

Keçmiş amerikalı peşəkar basketbolçu Dennis Rodman isə bu arada özünün “Tvitter” səhifəsində yazıb ki, “dostları” Kim və Trump-ı dəstəkləmək üçün Sinqapua getməyi planlaşdırır.

Qeyd edək ki, Dennis Rodman Pxenyanda 5 dəfə Kim Jong Un-la görüşüb və onu ömürlük dost adlandırır.

Buna da bax:"Trump Şimali Koreyanın ‘parlaq’ iqtisadi gələcəyindən danışır"

Günün bütün mövzuları

XS
SM
MD
LG