Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:25

Dövlət Departamentinin insan haqlarına dönüşü


Rex Tillerson
Rex Tillerson

Dövlət Departamenti insan haqlarını qaldırmağa başladı və bu alqışlanmalıdır. «The Washington Post» qəzetinin baş məqaləsi belə adlanır.

AVTOKRATLARLA İNSAN HAQLARINDAN DANIŞMAYIB

«Prezident Trump-ın «Amerika birincidir» başlıqlı millətçi inauqurasiya nitqində belə bir bəyanat vardı: «Biz öz həyat tərzimizi heç kəsə sırımağa çalışmırıq, əksinə, hamının onu seçməsindən ötrü parlaq bir örnək göstəririk». Faktiki olaraq, Birləşmiş Ştatlar onillər boyunca demokratiya və bazar kapitalizmi sahəsində öndə gedib, öz örnəyimizə söykənib, həm də tiranlara qarşı bu dəyərləri təbliğ edib. Kommunizmlə Soyuq müharibənin özəyində də bu dururdu və buna dəydi də. İndi cənab Trump bundan əlmi çəkir? Vəzifədə olduğu ilk aylar bu sualın cavabı müsbət idi. Avtoritar rəhbərlərə öz xalqlarını repressiyaya məruz qoyması barədə bircə kəlmə də demədi, Çin prezidenti Xi Jinping, Rusiya lideri Vladimir Putin, Filippin rəhbəri Rodrigo Duterte, Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la yaxınlığını belə gizlətmədi. Trump-ın avtokratlara sayqısı antiliberalizmin dünyada vüsət aldığı bir vaxta düşür. Şübhəsiz ki, bu liderlərin çoxu dövlət katibi Rex Tillerson martın 3-də Dövlət Departamentinin insan haqları hesabatının təqdimatına qatılmayanda gülümsəyirdi», – qəzet yazır.

İlham Əliyev Trumpun çıxışından nə nəticə çıxarır?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Nəhayət, Departament bu həftə bir bəyanat verməklə ümid qığılcımlarını alovlandırıb. Xeyr, hər şey bitməyibmiş. Departament Türkiyədə saxlanmış «Amnesty International» insan haqları təşkilatının sədri Taner Kılıç-ın müdafiəsinə qalxıb. Kılıç Pensilvaniya ştatında yaşayan ilahiyyatçı Fethullah Gülen-in hərəkatıyla əlaqəli olmaqda şübhəli bilinir. Prezident Erdoğan hökuməti onu ötən ilin iyulundakı çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen-sə bunu təkzib edir. Həmin cəhddən sonra Türkiyədə on minlərlə dövlət qulluqçusu, polis, müəllim işdən çıxarılıb, ya da həbsə atılıb.

ERDOĞAN-IN ADI ÇƏKİLMƏSƏ DƏ...

Dövlət Departamentinin bəyanatında «dərin narahatlıq» ifadə olunsa da, Erdoğan-ın adı birbaşa çəkilməyib. Ancaq aydın şəkildə bildirilib ki, Türkiyədəki həbslər zamanı «çox vaxt şəffaflıq güclü əsaslandırılmır və narahatlıq yaradan trenddir», bütün bunlar Türkiyədə demokratiyaya zərbə vurur.

«Türkiyədə haqqında danışılası yüzlərlə belə hal var. Fransız fotoqraf Mathias Depardon da bu siyahıdadır. O, mayda saxlanıb, «National Geographic» üçün jurnalistikayla məşğul imiş», –məqalədə deyilir.

«Heç kəs Trump-ın bir gecənin içində baxışlarını dəyişməsi xülyasına qapılmasın. Ancaq Tillerson-un departamentinin belə bir bəyanat verməsi ümidvericidir. Daha çox oxşar bəyanatlar gəlməlidir. Cənab Trump-ın vəzifə başına keçərkən dediyi kimi, Birləşmiş Ştatlar yalnız örnək göstərməməlidir. O, həmçinin dünyanın qaranlıq guşələrində hüquqları tapdananların adından kəskin danışmalıdır», – «The Washington Post» belə yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG