Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:34

'Trump İsrail və Azərbaycanla münasibətləri bərpa etməlidir'


İlham Əliyev və Donald Trump

ABŞ-da çıxan «The American Spectator» jurnalının məqalələrdən biri Vaşinqtonun Azərbaycan və İsraillə münasibətlərindən söz açır.

Müəllif Jacob Kamaras yazır ki, bu yaxında BMT Təhlükəsizlik Şurasının İsraillə bağlı qətnaməsinə qarşı çıxmamaqla ABŞ ən sadiq müttəfiqlərindən birinə dönüklük etdi. BMT İsrailin işğal olunmuş Fələstin torpaqlarında qanunsuz yaşayış məntəqələri salmasını pisləyib. Bu haqda sənədə səsvermə zamanı Birləşmiş Ştatların neytral dayanması İsrailin qəzəbinə səbəb olub.

OBAMA-NIN MÜTTƏFİQLƏRİ İNCİTMƏSİ

Müəllifin fikrincə, əslində, Barack Obama-nın administrasiyası müttəfiqləriylə bağlı son illər «neytral» mövqe tutmaqla, soyuqluq göstərməklə onları incidir. J.Kamaras-ın fikrincə, bu soyuqluğa məruz qalan ABŞ müttəfiqlərindən biri də Azərbaycandır. Məsələn, elə qanunsuz yaşayış məntəqələriylə bağlı İsraili tənqid edən B.Obama administrasiyası, nədənsə, Qarabağ məsələsində susur.

Buna da bax-Obama-nın prezidentliyi Azərbaycana nə verdi? Trump-dan nə gözləyirlər?

«Administrasiya Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qanunsuz yaşayış məntəqələri haqda eyni mövqeyi nümayiş etdirmir», – deyə müəllif yazır, üstəlik, bu yaxınlarda ABŞ-ın dövlət katibi John Kerry-nin Qarabağ haqda çıxışıyla Azərbaycan rəhbərliyini qəzəbləndirdiyini xatırladır. J.Kerry Azərbaycanın da, Ermənistanın da münaqişəni həll etməyə hazır olmadığını demişdi. Azərbaycan prezidenti İlham Əliyevsə J.Kerry-nin hər iki tərəfi günahlandırmasının Ermənistanın işğalçı siyasətinə dəstəyin əlaməti olduğunu söyləmişdi.

Müəllif İ.Əliyevin bu sözlərinin israillilərin B.Obama administrasiyasıyla bağlı məyusluğunu xatırlatdığını deyir. B.Obama-nın İsrail-Fələstin münaqişəsinə görə hər iki tərəfi günahlandırması İsraildə eyni reaksiya yaratmışdı.

«İSRAİL SSENARİSİ»

Trump Azərbaycanla bağlı İsraildən nümunə götürməlidir.

Buna da bax-​'Trump' brendi Azərbaycanı birdəfəlik tərk etdi [video]

«The American Spectator» yazır ki, yanvarın 20-dən fəaliyyətə başlayacaq D.Trump administrasiyası öz sələflərindən deyil, «İsrail ssenarisi»ndən örnək götürməli, Azərbaycanla münasibətlərini yoluna qoymalıdır. Müəllif İsrailin baş naziri Benjamin Netanyahu-nun Bakı səfərini xatırladır, bu iki ölkə – müsəlman və yəhudi ölkələri arasındakı əməkdaşlığın miqyasından danışır, ABŞ-a maraqlı olan, yeni administrasiyanın qarşı çıxdığı İranın həm də Azərbaycan və İsraildən ötrü təhlükəsini vurğulayır.

Müəllifin fikrincə, B.Obama administrasiyasından fərqli olaraq, D.Trump bu müttəfiqlərinə –Azərbaycan və İsrailə layiq olduqları münasibəti göstərməli, onlarla əməkdaşlığı bərpa etməlidir. «ABŞ-ın xarici siyasətdə yenidən liderlik etməsi üçün, ABŞ-a etimadı qaytarmaqdan ötrü onun sadiq müttəfiqləriylə – Azərbaycan və İsrail kimi ölkələrlə qarşılıqlı etibarı bərpa etməsi lazımdır». «The American Spectator» belə yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG