Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:03

Trump Əfqanıstanla bağlı hərbi strategiyanı təsdiqləyib


ABŞ prezidenti Donald Trump

ABŞ-ın müdafiə naziri Jim Mattis deyib ki, "son dərəcə hərtərəfli və diqqətli" debatdan sonra prezident Donald Trump Əfqanıstanla bağlı yeni hərbi strategiyanı təsdiqləyib. Amma Mattis detallar haqda açıqlama verməkdən imtina edib.

Mattis avqustun 20-da İordaniyaya səfəri ərəfəsində jurnalistlərə bu haqda danışıb. O bildirib ki, "ədalət istəyən bütün tərəflər eşidilib", həmçinin mümkün istənilən dəyişiklikləri maliyyələşdirməyə məsul olan büdcə təşkilatlarının rəsmiləri də:

"Mən strategiya ilə bağlı ciddi danışıqlardan çox rahatam. Səslənən suallar, verilən qərarlar olmasaydı biz indiki vəziyyətə gələ bilməzdik".

O əlavə edib: "Prezident qərar verdi. O bildirdi ki, bu haqda Amerika xalqına ilk özü danışmaq istəyir".

TRUMP YENİ STRATEGİYA HAQDA XALQA ÖZÜ DANIŞMAQ İSTƏYİR

Mattisin müsahibəsindən bir neçə saat sonra Ağ ev elan etdi ki, Trump avqustun 21-də xalqa "Amerikanın iştirakı ilə Əfqanıstan və Cənubi Asiya gedən yol" haqda danışacaq.

Bəyanatda qeyd olunur ki, Trumpın çıxışı Washington yaxınlığındakı Fort Myer hərbi bazasında baş tutacaq və yerli vaxtla saat 9-da TV-də yayımlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG