Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 05:40

Dolların məzənnəsi son 7 ayda ən aşağı həddə düşüb


Dollar

Yaxın Şərqdə gərginliyin artması, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktorunun gözlənən ifadəsi, Britaniyada seçkilər və bu həftə Avropa Mərkəzi Bankının iclası Asiyada səhmlərə, neftin qiymətinə və dolların məzənnəsinə təsirini göstərib.

NEFTİN UCUZLAŞMASININ SƏBƏBİ

Qısamüddətli dirçəlişdən sonra neft iyunun 6-da yenidən ucuzlaşıb. Səbəb Səudiyyə Ərəbistanı və bir neçə ərəb ölkəsinin Qətərlə münasibətləri kəsməsi, onu ekstremizmə dəstək verməkdə suçlamasıdır.

«Ola bilsin, Qətər razılaşdırılmış hasilat kvotasına əməl etməyə özünü az borclu saysın», – FXTM fyuçers broker şirkətindən Jameel Ahmad «Reuters» agentliyinə deyib.

Qətərdə səhmlər 2016-cı ilin yanvarından bəri ən aşağı həddə düşüb, 8 faizdən çox ucuzlaşıb.

Çərşənbə axşamı ABŞ-ın CLc1 neftinin barreli 0.6 faiz ucuz – 47.12 dollara satılıb. Bazar ertəsi isə 0.55 faiz ucuzlaşmışdı.

Brent LCOc1 neftinin barreli isə 0.6 faiz ucuzlaşaraq 49.17 dollara düşüb.

DOLLARIN İNDEKSİ DÜŞÜR

FTB-nin keçmiş direktoru iyunun 8-də Konqresdə ifadə verəcək. Bu ərəfədə dolların məzənnəsi son 7 ayın ən aşağı səviyyəsinə enib. Comey-nin ABŞ prezidenti Donald Trump-la söhbətləri haqda ifadə verəcəyi gözlənir. Trump ona təzyiq edibmiş ki, keçmiş milli təhlükəsizlik müşaviri Mike Flynn haqda təhqiqatı dayandırsın.

Donald Trump və James Comey
Donald Trump və James Comey

«İş yerləri barədə məlumat bazasının cümə günü yayılmasından sonra dollar onsuz da müdafiə mövqeyinə çəkilmişdi, indi isə potensial geosiyasi risklə üz-üzədir», – «State Street Bank»ın Tokio filialının meneceri Bart Wakabayashi deyib.

Dolların valyuta səbətindəki yerini müəyyənləşdirən DXY indeksi ötən noyabr prezident seçkisindən bəri ən aşağı səviyyəyə düşüb, 0.2 faiz azalaraq 96.623 olub.

İyunun 6-da dollar yapon yeninə qarşı da ucuzlaşıb, 0.6 faiz düşərək 109.85 yenə (JPY=D4) bərabərləşib.

AVRO DA GÜCLƏNİR

Bu arada avro da güclənməkdədir. Cümə axşamına Avropa Mərkəzi Bankının toplantısı gözlənir. Hazırda EUR=EB məzənnəsi 0.1 faiz yüksək, 1.127 dollardır.

Sterlinq (GBP=D3) 0.1 faiz irəliləyərək 1.292 dollara bərabərləşib.

Britaniyanın baş naziri Theresa May müxalifətdə olan Leyboristlər Partiyasından cəmi 1 faiz irəlidədir. Bunu 8 iyun seçkisindən öncə keçirilmiş rəy sorğuları göstərib. Bəzi sorğularsa mühafizəkarların 11-12 faiz irəli olduğunu üzə çıxarıb.

«Theresa May çoxluğu artırmağı bacarsa, bu, funt-sterlinqə də müsbət təsir göstərəcək», – ING şirkətindən Viraj Patel belə deyib.

«Reuters» yazır ki, ötən gecə Uol Stritdə indekslər 0.1-0.2 faiz düşüb. «Apple Inc.» (AAPL.O) Dou-Cons (Dow Jones) indeksi üzrə daha çox itkiylə üzləşib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG