Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:36

Xarici investorlar 4 ayda Rusiyadan 1.6 milyard çıxarıblar


Xarici İnvestorlar son 4 ayda - fevralın sonundan iyunun sonuna qədər Rusiya bazarından 1.6 milyard dollar çıxarıblar. Bu haqda "Kommersant" qəzeti "Emerging Portfolio Fund Research" təşkilatının araşdımasına istinadla xəbər yayıb.

Bu vəsaitin 4 milyard dolları təkcə Çinin payına düşür.

Rusiya Mərkəzi Bankının mütəxəssisləri rekord həddə kapital axınını 2014-cü ildə qeydə alıblar. Həmin il ölkədən 150 milyard dollar çıxarılıb.

Mütəxəssislər investorların getməsini, neftin ucuzlaşması, Rusiya ABŞ yaxınlaşması haqda gözləntilərin özünü doğrultmaması, "Rostneftlə" AFK "Sistem" arasındakı münaqişə ilə əlaqələndirirlər.

Bazar iştirakçıları aktivlərin satışının davam edəcəyini deyirlər. İyulda ABŞ konqresi Rusiyaya qarşı yeni sanksiyalara baxa bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG