Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

Dollar ucuzlaşır


Dollar/Avro
Dollar/Avro

Cümə günü dolların kursu yapon yeninə qarşı ucuzlaşıb. «Reuters» informasiya agentliyi yazır ki, artıq bir həftədir Vaşinqtondakı siyasi çaxnaşmaların prezident Donald Trump-ın iqtisadi planlarını gerçəkləşdirmə cəhdlərini əngəlləyə biləcəyi sarıdan əndişələr var.

«DUMAN ÇƏKİLMƏYİB»

Dollar 0.1 faiz ucuzlaşaraq 111.39 JPY-ə bərabərləşib. Bu həftə dollar yenə qarşı 1.7 faiz ucuzlaşıb ki, bu da bu ay ən böyük məzənnə düşüşüdür.

ABŞ valyutası dünən – mayın 18-də bir az nəfəs ala bilmişdi. Səbəb də ABŞ iqtisadiyyatına dair möhkəm sayıla biləcək rəqəmlərin açıqlanması idi.

Ancaq təhlilçilərin fikrincə, Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri James Comey-nin qalmaqallı şəkildə işdən çıxarılmasından sonra Trump administrasiyasının üzləşdiyi çətinliklər diqqətdə saxlanacaq və dollara təsirsiz ötüşməyəcək.

«Duman çəkilməyib… oxşar xəbərlər bazarı oynadacaq», – Sinqapurdakı «Sumitomo Mitsui» bank korporasiyasının qlobal bazarlar üzrə təhlilçisi Satoshi Okagawa deyir.

Dollar
Dollar

PSİXOLOJİ TƏSİR

Trump cümə axşamı Rusiyayla hər hansı gizli anlaşmasının olmadığını, yaxud Comey-dən keçmiş müşaviri Mike Flynn barəsində təhqiqatın dayandırılmasını istəmədiyini söyləyib.

Çərşənbə günü isə Ədliyyə Departamenti FTB-nin keçmiş rəhbəri Robert Mueller-i məsələni araşdırmağa xüsusi prokuror təyin edib.

«Məncə, üzümüzə gələn həftələr və aylar ərzində, özəlliklə də təhqiqat davam etdikcə, daha çox xəbər eşidəcəyik. Bunlar dollara psixoloji təsir göstərəcək», – Sinqapurdakı «UBS Wealth Management» şirkətinin təhlilçisi Tan Teck Leng deyib.

Altı valyutadan ibarət səbətdə isə ABŞ Dollar İndeksi (DXY) 97.797 səviyyəsində qalır.

Çərşənbə günü dolların indeksi son altı ayın ən aşağı səviyyəsinə – 97.333-ə düşmüşdü.

AVRO MÖHKƏMLƏNİR

Cümə axşamı avronun kursu (EUR/USD) 1.1112 olub. Bu, 0.1 faizlik artım sayılsa da, son altı ay üçün qoyulmuş yuxarı həddən aşağıdır. Mayın 18-də məzənnə $1.1174 həddində müəyyənləşdirilmişdi.

Təhlilçi Tan Teck Leng deyir ki, avro önümüzdəki bir neçə ay ərzində bahalana bilər, onu avzonadakı artım tempi dəstəkləyir. O, həmçinin gözləyir ki, Avropa Mərkəzi Bankı (ECB) iyunda, yaxud iyulda qiymətli kağızların alışı proqramını azaltmağa başlamaq niyyətini açıqlayacaq. Təhlilçinin fikrincə, ECB sentyabrda elan edə bilər ki, artıq gələn ilin yanvarından aylıq alışı dayandıracaq. Hazırda ECB aya 60 milyard dollarlıq avronu, əsasən, bondlarla alır.

Yeni yaranan valyutalar arasında isə Braziliya realı (BRL/USD) cümə axşamı 8 faizlik azalmanın itkilərini aradan qaldırmağa çalışıb. Səbəb prezident Michel Temer-in korrupsiya qalmaqalında əsas şahidlərdən birini susdurmaqdan ötrü rüşvət təklif etməsiylə bağlı ortaya çıxan iddialardır.

XS
SM
MD
LG