Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Dekabr, bazar, Bakı vaxtı 18:38

Bu dəfə 100 milyon dollar satıldı


Dollar

İyulun 12-də Dövlət Neft Fondu (DNF) növbəti hərrac keçirib. Bu dəfə 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 29 banka satılıb.

«İl ərzində DNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək»,- deyə DNF-nin məlumatında deyilir.

Son hərraclara, adətən, 50 milyon ABŞ dolları çıxarılırdı və bütün vəsait satılırdı. Ekspertlər bankların tələbinin daha çox olduğunu proqnozlaşdırırdı. Bugünkü hərrac bunu sübut etdi.

XS
SM
MD
LG