Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 06:38

Moldova prezidenti Rumıniya ilə birləşmə istəyənlərə xəbərdarlıq edib


İqor Dodon

Moldova prezidenti Iqor Dodon Rumıniya ilə birləşmə bəyannaməsini imzalamış merlərə xəbərdarlıq edərək bildirib ki, onlara qarşı cinayət işi qaldırıla bilər.

Moskvayönlü Dodon fevralın 6-da AzadlıqRadiosuna müsahibəsində deyib: "Mən istər Rusiya olsun, istərsə də Rumıniya, heç bir dövlətin əleyhinə deyiləm. Mən Moldova dövlətinə son qoyulmasını istəyənlərin əleyhinəyəm”.

Moldovada azı 10 kəndin bələdiyyə başçıları Birinci Dünya Mharibəsinin sonunda Rumıniya ilə Moldovanın birləşməsinin 100 illiyinə həsr edilmiş simvolik bəyannaməni imzalayıb.

Rumıniya və Moldova
Rumıniya və Moldova

Dodon bu bəyannaməni pisləyib və “qanunu pozan bələdiyyə rəislərinə” qarşı tədbir görməyən Təhlükəszlik Nazirliyini, Daxili İşlər Nazirliyini və baş prokurorluğu tənqid edib.

Dodon fevralın 7-də özünün Facebook səhifəsində yazıb ki, 53 kəndin merləri Rumıniya ilə birləşmənin əleyhinə bəyyanamə imzalayıblar və Moldova dövlətinə tərəfdar olduqlarını bildiriblər.

Dodon, onun təbirincə deyilərsə, “birləşmə ideologiyalarının” əleyhinə çıxıb və bildirib ki, bunun əvəzində “Moldova vətənpərvəri” olmaq lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG