Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:30

Azərbaycanlı diplomatın xanımı oğurluq üstündə tutulub?


Supermarket
Supermarket

Oğurluq nə zaman oğurluq sayılmır? Şübhəlinin diplomatik toxunulmazlığı varsa, onda, yəqin ki.

«The New York Daily News» Nyu-Yorkun Bronks rayonunda azərbaycanlı diplomatın xanımının oğurluq üstündə tutulduğunu, ancaq cəzasız qaldığını yazır. Belə ki, xanımın bəzi malları uşaq arabasında gizlətdiyi bildirilir.

189 DOLLARLIQ ŞEY-ŞÜY

«Grand Concourse» ticarət məkanındakı «Marshalls» mağazasının mühafizəçisi Mehriban Cəbrayılovanın 188.88 dollarlıq malı bir çantanın içində uşaq arabasının aşağısında gizlətdiyini aşkarlayıb. Qəzet bunu öz mənbələrinə istinadla yazıb.

29 yaşlı Cəbrayılova hadisə yerinə çağrılan polislərə deyib ki, Azərbaycan səfirliyinin birinci katibi Fərid Cəbrayılovun həyat yoldaşıdır və diplomatik toxunulmazlığı var.

Polis onun şəxsiyyətini və toxunulmazlığını təsdiqləyəndən sonra sərbəst buraxılıb. Toxunulmazlıq diplomatların həyat yoldaşlarına da aiddir.

TOXUNULMAZLIQ LƏĞV OLUNA BİLƏRMİ?

Polis belə hallarda Dövlət Departamentiylə əlaqə saxlayır. Çünki departament toxunulmazlığı ləğv edə bilər. Qəzet çərşənbə günü departamentdən münasibət ala bilmədiyini yazır.

Məqalədə deyilir ki, cinayət təqibinə imkan verməkdən ötrü toxunulmazlıq müvəqqəti ləğv oluna da bilər. Ancaq bunu, adətən, daha ciddi cinayətlərə görə edirlər.

Müxbir Mehriban Cəbrayılova ilə əlaqə saxlaya bilməyib.

«Belə şey olmayıb», – həyat yoldaşı «Daily News»a israrla bildirib. Amma müxbir bir az üstünə gedən kimi, «üzr istəyirəm, bunu bilmirdim», - söyləyib.

«Marshalls» mağazasının meneceri şərh verməkdən imtina edib.

Qəzet yada salır ki, yanvarda sudanlı diplomat Mohammad Abdalla Ali tramvayda bir qadına qarşı iddia olunan qısnama hərəkətinə görə saxlanıb, amma toxunulmazlıq statusu təsdiqlənəndən sonra buraxılıb.

XS
SM
MD
LG