Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:07

Dmitri Medvedev vergi bəyannaməsini təqdim edib


Dmitry Medvedev

Rusiyanın baş naziri Dimitry Medvedev vergi bəyannaməsini təqdim edib.

RİA Novostinin məlumatına görə, bu barədə martın 31-də jurnalistlərə baş nazirin mətbuat katibi Natalya Timakova məlumat verib.

Qeyd edək ki, bu Rusiya nazirlər kabinetinin bütün üzvlərinə aiddir.

Qanuna əsasən vergi bəyannaməsini aprelin 1-dək təqdim etmək lazımdır.

Timakovanın sözlərinə görə vergi bəyannamələri yoxlandıqdan sonra ay ərzində nazirlər kabinetinin saytında dərc olunacaq.

Natalia Timakova
Natalia Timakova

Dövlət qulluqçuları özləri, həyat yoldaşları və övladlarına məxsus olan bütün əmlakları barədə hesabat verməlidirlər.

2015-ci ilin nəticələrinə görə baş nazir Medvedev təxminən 8,8 milyon rubl qazanıb, kabinetin ən varlı nümayəndəsi isə 455 miyon rublla aşkarlıq məsələləri üzrə nazir Mixail Abızovdur.

Korrupsiya əleyhinə mübarizə fondunun rəhbəri, müxalifət fəalı Aleksey Navalnının bu yaxınlarda baş nazir Dmitri Medvedevin mülkləri ilə bağlı geniş hesabat dərc etməsi ölkədə narazılıq doğurub.

Martın 26-da 10 minlərlə rusiyalı paytaxt Moskva və ölkənin bir sıra şəhərlərində korrupsiya əleyhinə aksiyalara çıxdı.

Sankt-Peterburqda etiraz aksiyası, 26 Mart, 2017
Sankt-Peterburqda etiraz aksiyası, 26 Mart, 2017

Aksiyaları Aleksei Navalny-nin rəhbərlik etdiyi korrupsiyaya əleyhinə mübarizə fondu təşkil edib.

Bu aksiyalar zamanı Navalny da daxil olmaqla mindən çox adam saxlanmışdı.

Hazırda Navalnı icazəsiz aksiyaya görə 15 sutkalıq həbs cəzası çəkir.

Buna da bax. Navalny Medvedevin əmlakı ilə bağlı araşdırmanın nəticələrini açıqladı.

XS
SM
MD
LG