Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:26

Dərsliklərin çapı 10 milyon manata başa gələcək


Azerbaijan -- School No:20 in Baku, Oct2012
Azerbaijan -- School No:20 in Baku, Oct2012

Dərslik və dərs vəsaitlərinin çapı ötənilki 5 mətbəəyə tapşırılıb

Təhsil Nazirliyi 2017-2018-ci tədris ilində orta məktəblərdə istifadə olunacaq dərslik və müəllimlər üçün metodik vəsaitlərin çapını beş mətbəəyə tapşırıb. Tender yolu ilə seçilən şirkətlər elə ötən il də (https://goo.gl/vFXRX8) həminkilər idi.

Nazirlikdə AzadlıqRadiosu-na deyiblər ki, 246 adda dərsliyi və metodik vəsaiti «Təhsil NP» MMC, «Radius» MMC, «Çaşioğlu Elm-İstehsalat» MMC, «Şərq-Qərb» ASC və «Aspoliqraf Ltd» MMC çap edəcək. Dörd milyon 6 min ədəd kitab və vəsaitin çapı üçün şirkətlərə 10 milyon 110,3 min manat ödənəcək. Hansı şirkətin nə qədər kitab çap edəcəyi barədə məlumat verilməyib. Nazirlikdə bunun elekton qaydada açıqlanmalı məlumatlar arasında nəzərdə tutulmaması ilə izah ediblər.

Təhsil Nazirliyi çapı tələb olunan dərsliklərin sayı haqda məlumatı tender elanında (https://goo.gl/PdwU3u) açıqlamışdı.

Foto arxiv
Foto arxiv

«Dövlət satınalmaları haqqında» qanunun 5.3-cü maddəsinə əsasən, tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat beş bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir. 2016-2017-ci tədris ili üzrə 261 adda tədris vəsaitinin çapı dövlət büdcəsinə 14,8 milyon manata başa gəlmişdi.

2005-ci ildən bəri Azırbaycanda I-XI siniflərin dərslikləri pulsuz verilir. «Ümumi təhsil sistemində dərslik siyasəti»nə (http://edu.gov.az/az/page/162/537) əsasən, dərs ilinin sonunda dərsliklər şagirdlərdən toplanaraq, dərslik fonduna keçirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG