Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 13:12

Deripaska “GAZ Group”-dakı payının da bir hissəsini satır


Oleg Deripaska

Rusiyalı biznesmen Oleg Deripaska “Qruppe QAZ”-dakı ( GAZ Group), payının bir hissəsini satmaq istəyir.

AzadlıqRadiosu rus saytının “Bloomberg”ə istinadla verdiyi məlumata görə, iş adamı bununla avtomobil şirkətini ABŞ-ın sanksiyalarından çıxarmaq istəyir.

Mənbə yazır ki, biznesmen hazırda “Russkie maşinı” holdinqinin investorları ilə danışıqlar aparır.

Bu məlumat hələlik Oleg Deripaskanın nümayəndələri tərəfindən təsdiqləməyib.

“Bloomberg” həmçinin bu həftə belə bir məlumat yayıb ki, əgər Deripaskanın “En+Deripaski” qrupunda payı 40 faizədək aşağı salınsa, ABŞ bu şirkətə qarşı sanksiyanı qaldırmağa hazırdır.

Həmçinin kütləvi informasiya vasitələrində belə bir məlumat peyda olub ki, milyarder “RusAl” şirkətini də ABŞ-ın sanksiyalarından yayındırmaq üçün onun səhmdarları ilə razılaşmanı pozacaq.

Buna da bax:Rusal rəhbəri, top menecerləri istefa verirlər

“RusAl” və Deripaska ilə bağlı olan digər Rusiya şirkətlərinin daxil olduğu “Qruppa En+” aprelin əvvəllərində ABŞ maliyyə nazirliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara düşüb.

ABŞ-ın maliyyə nazirliyi vəd edib ki, əgər Deripaskanın bu şirkətlərdəki payı 50 faizdən aşağı salınsa sanksiyalara yenidən baxacaq.

Biznesmen artıq “En+”-un direktorlar şürasını tərk edib.

Buna da bax:Deripaska “Rusal” və “En+” şirkətlərinin direktorlar şürasından gedir

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG