Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:11

Vahid Əhmədov: 'Cəzalanmasalar, bu başqa regionlarda da təkrarlana bilər'


Məhkəmə icraçıları Müsavat lideri İsa Qəmbərin evinə gəliblər,19 fevral 2013
Məhkəmə icraçıları Müsavat lideri İsa Qəmbərin evinə gəliblər,19 fevral 2013

"Məni narahat edən Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsidir. Uşağa və qadına zor tətbiq edən iş icraçıları cəzalandırılmalıdır. Bu gün bunu edənlər cəzalarını almasalar, sabah bu hadisə başqa regionlarda təkrarlana bilər”.

Bunu AzadlıqRadiosuna deputat Vahid Əhmədov bildirib.

Deputat deyib ki, məsələ ilə bağlı, aidiyyatı olan bütün qurumlarla əlaqə saxlayıb. V.Əhmədov hadisənin mahiyyətinə də toxunub:

“N.Bayramzadənin anası neçə illərdir rəhmətə gedib. Uşağı xalası saxlayıb, böyüdüb. İndi atası çıxıb ortaya ki, uşağı aparıram, uşaq da ata ilə getmək istəmir, xalası ilə qalmaq istəyir. Ortada uşağın atasına verilməsi barədə məhkəmə qərarı var. Hazırda baş verənlər də bundan qaynaqlanıb”.

V.Əhmədov Quba Rayon Məhkəməsinin sədrinə istinadən deyir ki, sədr tərəfləri barışdırmaq istəsə də bu alınmayıb. O zaman hüququn tələbindən irəli gələrək uşağın atasına verilməsi qərarı çıxarıb. N.Bayramzadənin xalası uşağı yanında saxlaya bilmək üçün Apelyasiya, kassasiya şikayəti versə də birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Deputat Vahid Əhmədov,18 oktyabr 2011
Deputat Vahid Əhmədov,18 oktyabr 2011

V.Əhmədov 10 yaşlı uşağın atası ilə getmək istəməməsi, xalası ilə qalmasını bildirməsinə baxmayaraq, uşağın xalasına və özünə zor tətbiq edilməsini yolverilməz sayır:

“Bu yolverilməzdir, hər işin bir üsulu var. Mən məhkəmənin qərarının düzgün olub-olmamasına toxunmuram. Amma icraçıların zora əl atmaları heç nəyə sığımır. Bu haqda ədliyyə nazirlinin müavinilə də danışdım. Mənə dedilər ki, məsələni bilirlər və tədbirlər görüləcək”.

Yanvarın 6-dan sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsiylə bağlı görüntülər yayılıb. Həmin görüntülərdə atasının və məhkəmə icraçılarının uşağa zorakılıq göstərdiyi əks olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG