Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:05

Prezident: 'Biz çox nadir ölkələrdənik...'


İlham Əliyev
İlham Əliyev

«Biz islahatlar aparmaqla iqtisadiyyatımızı planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçirdik. Bu gün iqtisadiyyatın özəl sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 80 faizdən çoxdur».

Azərbaycan dövlət başçısı İlham Əliyev bunu Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki panel-müzakirələrdəki çıxışında bildirib. Xəbəri President.az saytı yayıb.

İ.Əliyev deyib ki, Azərbaycan qonşularla regional əməkdaşlığın yeni formatını tətbiq edib. Eyni zamanda, təşəbbüskar qismində çıxış etdiyi enerji və nəqliyyat layihələri təkcə Azərbaycana yox, regiona yaxşı nəticələr verib: «Bu gün enerji təhlükəsizliyi məsələlərinə milli təhlükəsizlik məsələsindən ayrı baxıla bilməz. Siyasətimiz birinci növbədə qonşularımızla, eyni zamanda, müsəlman dünyası - biz müsəlman dünyasının bir hissəsiyik – və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır».

İ.Əliyev bu yaxınlarda Avropa Birliyi ilə bir çox əməkdaşlıq sahələrini əhatə edəcək yeni razılaşma üzərində danışıqlara başlandığını söyləyib: «Biz çox nadir ölkələrdənik ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüyük. 2015-ci ildə ilk Avropa Oyunlarını təşkil etdik. Bu il isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik».

İ.ƏLİYEV: «ƏN BÖYÜK PROBLEM İŞĞALDIR»

Prezident Qarabağ münaqişəsindən də danışıb: «Üzləşdiyimiz problemlərdən ən böyüyü Azərbaycan ərazisinin davamlı işğalıdır. Bu da Ermənistanın etnik təmizləmə aparması və ərazimizin 20 faizini işğal etməsi ilə nəticələnib».

İ.Əliyev deyib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə var: «Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalmaqdadır. Bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır. Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz».

Fevralın 17-dən 19-na kimi Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı keçirilib. Bu konfransda iştirak edən dövlət başçısı İ.Əliyev fevralın 16-dan 19-na kimi Almaniyada olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG