Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:00

Dağıstanın Qarabudaqkənd rayonunda "antiterror əməliyyatı"


İllüstrasiya

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Dağıstanın Qarabudaqkənd rayonunun Qubden kəndində "antiterror əməliyyatı" keçirib.

FTX bildirir ki, iki yaraqlı və yaraqlı dəstənin rəhbəri məhv edilib.

Onlardan birinin şəxsiyyətinin ilkin olaraq müəyyən edildiyi deyilir.

Aliqadji Xamutayev 8 nəfərin ölümündə və polisin maşın karvanına hücumda şübhəli bilinir.

Kənddəki evlərin birində gizlənən sözügedən şəxslərə qarşı əməliyyat üçün ətraf evlərdəki insanlar təxliyyə edilmişdi.

Həmin evdən odlu silah, qumbara tapıldığı deyilir.

Əməliyyat zamanı FTX-nin şəxsi heyəti itki verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG