Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:07

Atəşkəs 108 dəfə pozulub


24-nə keçən gecə atəşkəs 108 dəfə pozulub
24-nə keçən gecə atəşkəs 108 dəfə pozulub

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 108 dəfə pozublar.
Bu zaman, 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, artilleriya qurğularından və tanklardanistifadə edildiyi bildirilir.

Nazirliyin yaydığı məlumata görə, Ermənistanın İcevan, Noyemberyan rayonlarındakı mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndləri atəşə tutulub. Berd rayonunun Mosesqex, Çinari, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq kəndlərinin vurulduğu deyilir.

Bundan başqa Krasnoselsk rayonu ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqeylərinatəşə tutulduğu açıqlanır.

Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı və Nəmirli kəndləri də atəş altında qalıb.

Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonunun da bəzi məntəqələri atəşə tutulub.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib .

XS
SM
MD
LG