Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:36

Kreml çoxmillətli Dağıstana lideri hansı millətdən təyin edəcək?


Rusiya Milli Qvardiyasının başçısı Viktor Zolotov (solda) müavini Sergey Melikovla söhbət edir (3 avqust 2016)
Rusiya Milli Qvardiyasının başçısı Viktor Zolotov (solda) müavini Sergey Melikovla söhbət edir (3 avqust 2016)

AzadlıqRadiosunun müxbiri Liz Fuller yazır ki, Ramazan Abdulatipov Dağıstan Respublikasının rəhbərliyindən istefa etdiyi barədə erkən bəyanat verəndən bəri Kreml hələ də onun varisinin kim olacağını bildirməyib.

Bu ləngimə qəribə görünür, ona görə ki, başçıları istefaya getmiş qalan dörd federativ subyektin rəhbərlərini artıq təyin ediblər.

Fuller yazır ki, Moskvanı çaşqınlığa salan Abdulatipovun, hələ Putin onun postuna namizədi müəyyənləşdirmədən, öz istefası barədə erkən və açıq bəyanat verməsi ola bilərdi.

Bu həm də ona görə inandırıcı görünür ki, onun yerinə təyin ediləcək birisi kimi adı hallandirılan şəxs deyilənlərə görə əvvəllər bu təklifdən bir neçə dəfə imtina edib.

Söhbət öz karyerasını Daxili Qoşunlarda qurmuş 52 yaşlı Sergey Melikovdan gedir. Onun milliyyətcə ləzgi atası da məhz bu qoşunlarda xidmət edib. Ləzgilər sayca Dağıstanın dördüncü böyük xalqıdır.

2014-cü ilin mayında Putin Melikovu Şimali Qafqaz Federal Rayonuna prezident nümayəndəsi postuna təyin etmişdi. Bundan iki il sonra isə yenicə yaradılmış Milli Qvardiya direktorunun müavini postu ona tapşırılıb.

Avar-dargin rotasiyası

İki dağıstanlı təhlilçi – Xancan Kurbanov və Hacimurad Sagitov Regnum xəbər portalına bildiriblər ki, Moskva respublikanın qüdrətli klanları və ya iqtisadi maraqları ilə heç bir əlaqəsi olmayan namizəd axtarır.

Novoye Delo qəzetinin baş redaktoru Sagitov bildirib ki, bu mənada Melikov ideal namizəddir. Lakin digər tərəfdən onun bu vəzfədən dəfələrlə imtina etməsi elə həmin yerli qüdrətli klanlara görə olub.

Fuller yazır ki, Dağıstana rəhbər seçimində Putinin qarşısında iki aşkar faktor dayana bilər. Bunlardan birincisi Dağıstan rəhbərinin növbəli şəkildə ya avar, ya da dargin olması kimi bir ənənənin mövcudluğudur.

Maqomedsalam Maqomedov və İliyas Umaxanov da mümkün namizədlərdən sayılırlar
Maqomedsalam Maqomedov və İliyas Umaxanov da mümkün namizədlərdən sayılırlar

Dağıstan Respublikasının rəhbəri postunu adətən növbə ilə bu diyarın iki ən böyük xalqının nümayəndələri tutublar. Abdulatipov avar idi, ondan əvvəl həmin postu milliyyətcə dargin Maqomedsalam Maqomedov tutmuşdu.

Məhz buna görə də bəzi təhlilçilər 2012-ci ildən Rusiya prezident administrasiyası başçısının müavini olan Maqomedovun Maxaçqalaya qayıtmasını istisna etmirlər.

Bu vəzifə üçün adları namizəd kimi hallandırılan başqa darginlər Federasiya Şurası spikerinin müavini İlyas Umaxanov və 2014-cü ildək Abdulatipovun baş naziri olmuş biznesmen Muxtar Mecidovdur. Lakin bu namizədlərin üçü də yerli biznes və klanlara bağlılığı olan adamlardır.

Qeyri-dargin

Fuller yazır ki, bəzən Putin milli münasibətlərin mürəkkəbliyinə səthi yanaşmağı xoşlayır. Bu səbəbdən ola bilər ki, o Dağıstan liderinin iki millətdən birinin nümayəndəsi olması prinsipini pozsun.

Belə olarsa, Dağıstanın ən yüksək postunu tuta biləcək bəzi qeyri-darginlər də var.

Alexander Xloponin
Alexander Xloponin

Bunlar - daxili işlər naziri, general Abduraşid Maqomedov (ləzgi) və Yangınsöndürmə Xidməti Akademiyasının rektoru, general-leytenant Şamsutdin Dagirovdur (qumıq).

Jurnalist Milrad Fatullayev bildirir ki, Melokovu Şimali Qafqaz nümayəndəsi postunda əvəz etmiş Oleq Belaventsev Dagirov üçün lobbiçilik edir.

Başqa nazmizədlərin arasında baş nazirin müavini Aleksandr Xloponinin də adıçəkilir. O Melikovdan əvvəl Putinin Şimali Qafqazdakı xüsusi elçisi postunu tutub.

Abdulatipov sentyabrın 28-də Dağıstan parlamentinə deyib ki, Putinə onun yerinə qoyula biləcək namizədlərin adlarını verib, lakin jurnalist Fatullayevin fikrincə, Rusiya lideri bunları nəzərərə almaya da bilər. Putinin bu vəziyə yalnız ona bəlli motivlərlə çox gözlənilməz bir şəxsi təyin etməsi mümkündür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG