Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:50

Trump CNN-ə hücum çəkir


D.Trump

CNN televiziyası Rusiyanın ötənilki prezident seçkisinə müdaxiləsinə dair Vaşinqtonun apardığı təhqiqatla bağlı məqaləni təkzib edib. ABŞ prezidenti Donald Trump fürsəti qaçırmayıb, bunun, oxşar yazıların «saxta xəbər» olduğunu üzə çıxardığını söyləyib.

«Vau! CNN Rusiya haqda böyük məsələni təkzib elədi, 3 işçisi istefaya getdi. Bəs hazırladıqları digər yalan yazılar necə olsun? SAXTA XƏBƏRLƏR!», - Trump iyunun 27-də Twitter-də yazıb.

«SAXTA XƏBƏRLƏR»

«NBC, CBS və ABC-nin yaydıqları necə olsun? @nytimes və @washingtonpost-un yalan məlumatları necə olsun? Saxta xəbərlər!», - prezident fikrini belə davam etdirib.

Təkzib olunmuş məqalə CNN-in saytında iyunun 22-də yerləşdirilib. Bir gün sonra çıxarılıb, bütün linklər də silinib. CNN dərhal məqalənin həsr olunduğu, Trump-ın keçid komandasının üzvü olan Anthony Scaramucci-dən üzr istəyib.

Məqalənin müəllifi Thomas Frank, CNN-in redaktoru Eric Lichtblau və araşdırmalar bölməsinin rəhbəri Lex Haris istefa verib.

Ağ evin mətbuat müşaviri Sarah Huckabee Sanders də CNN-i «sancıb». O, özünü CNN-in prodüseri kimi təqdim edən bir nəfərin mühafizəkar saytlarda yayılmış videosunu alqışlayıb. Həmin şəxs deyir ki, teleşirkətin prezident D.Trump-ın yanlış addımlarına dair «güclü dəlil»i yoxdur, ancaq Rusiya təhqiqatını geniş işıqlandırır, çünki bu, yaxşı reytinq gətirir.

İKİ MƏNBƏ

CNN-in sözçüsü həmin məqalənin şəbəkənin redaktə standartlarına uyğun gəlmədiyini bildirib.

«Məqalə CNN.com-dan çıxarılandan sonra onun dərcində rolu olmuş işçilərin istefası qəbul edilib», – sözçü deyib.

BBC diqqəti həmin məqalənin bir anonim mənbəyə istinadla yazılmasına diqqət çəkir. Belə ki, əksər xəbər saytları xəbər yaymazdan öncə onu azı iki mənbədən dəqiqləşdirirlər.

CNN, «The Washington Post» və «The New York Times» D.Trump administrasiyası iş başına keçəndən onlarla kəllə-kəlləyə gəlirlər.

Cənab Trump CNN-i «saxta xəbər» yaymaqda suçlayır və jurnalistlərindən birinin suallarını cavablandırmaqdan imtina edib.

Trump-ın keçid kampaniyasının üzvü A.Scaramucci-nin isə CNN-in məsələni həll etməsindən razı qalmış kimi görünüb.

«@CNN düzgün olanı etdi. Əla addımdır. Üzrxahlıq qəbul olundu. Hər kəs səhv edir. İrəli», – o, Twitter-də yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG