Ukraynanın Vaşinqtondakı səfirliyi ölkəsinin ötən il ABŞ-da prezident seçkilərindəDemokratların namizədi Hillari Clinton-a dəstək verməsi barədə deyilənləri yalanlayıb. “Ukrayna hakimiyyəti heç bir namizədə köməklik etməyib” – səfirliyin tvitter hesabında belə deyilir.
Bundan öncə Donald Trump tvitterində yazmışdı ki, baş prokuror Jeff Sessions Ukrayna ilə bağlı da araşdırma aparmalıdır, çünki o, Ukraynanın Clinton-a dəstək verdiyini düşünür.
İki həftə əvvəl FBI (Federal Təhlükəsizlik Bürosu) rəhbərliyi postuna namizəd Christopher Wray bildirib ki, ABŞ-da seçkiöncəsi kampaniyada Ukraynanın iştirakını araşdırmağa hazırdır.