Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:32

Bill Clinton yazıçı olub


Bill Clinton
Bill Clinton

Keçmiş prezident Bill Clinton Oval ofisdə olduğu günlərin təcrübə və xatirələrindən faydalanaraq yazıçılığa başlayıb.

O tanınmış bestsellər ustası James Patterson-la birlikdə “Prezident yoxa çıxıb” (The President Is Missing) adlı triller üzərində işləyir.

ABŞ-ın 42-ci prezidenti deyib ki, yazıçı olmaq, həm də “içindən” bildiyin şeylər, Vaşinqtonun siyasi həyatı, Ağ Ev və sair barədə yazmaq elə prezident olmaq qədər maraqlıdır.

Keçmiş prezident bunu da deyib ki, qələmdaşı Patterson bundan əvvəl də sevdiyi yazıçı idi.

Yaxşı bəs prezident niyə yoxa çıxıb? Prezident də yoxa çıxar? Buna bənzər sualların cavabı hələlik olmasa da, The New York Times qəzetinin yazdığına görə romanın bir neçə fəsli artıq hazırdır.

“Prezident yoxa çıxıb” kitabını 2018-ci ildə Knopf and Little nəşriyyatı çap edəcək, lakin naşirlər romanı indidən “qlobal drama” adlandırırlar.

Yazıçı Patterson isə deyib ki, prezident Clinton-la həmmmüəllif olmağı karyerasının zirvəsi sayır.

"Mən əsərin nağılçısıyam və prezident Clinton-un hadisələrə daxildən baxışı maraqlı və nadir kombinasiyadır” – deyib yazıçı.

O deyir ki, prezidentlər haqqında bədii əsərlər indiyədək çox yazılıb, lakin bu barədə yazanın prezident olması görünməmiş hadisədir.

Lakin The New York Times xatırladır ki, Jimmy Carter də 2003-cü ildə “Arı yuvası” adlı tarixi roman yazıb.

Clinton-a gəlincə, bir çoxları onu bədii əsər müəllifi kimi yox, daha çox əsər qəhrəmanı kimi görürlər.

O artıq indiyədək “Əsas rənglər” (Primary Colors) və “Təbii” (The Natural) kimi bədii filmlərin prototiplərindən olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG