Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:30

Neft gəlirlərinin azalması cəzaçəkmə sisteminə də çatdı? [video]


Hansı cinayətlərə görə daha həbs etməyəcəklər?
Gözlə

No media source currently available

0:00 0:15:07 0:00

Hansı cinayətlərə görə daha həbs etməyəcəklər? [A-Live]

Milli Məclisə təqdim olunmuş yeni layihəyə görə, Cinayət Məcəlləsində bəzi cəzalar yüngülləşdirilə, bəzi cərimələr artırıla bilər.

Bu haqda prezident iyunun 29-da parlamentə qanun layihəsi göndərib.

Təklifə görə Cinayət Məcəlləsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlərin, ümumilikdə 10-dan artıq əməlin cinayət cəzası kimi azadlıqdan məhrumetmə ilə deyil, yüngül formalarda cəzalandırılması təklif edilir.

Buna da bax:​ Cinayət Məcəlləsinə yeni – köklü dəyişikliklər qəbul olunarsa...

Eyni zamanda mülkiyyət əleyhinə olan əməllərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə - 100 manatdan 500 manata kimi artırılması nəzərdə tutulur.

Bu təkliflər qəbul edilərsə, bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçəcək.

Təkliflər Cinayət Məcəlləsinə yeni cəza növünün daxil edilməsini də nəzərdə tutur. Bunun azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədi daşıdığı bildirilir.

Buna da bax:​ İnternetdə saxta ad və hesablara görə cəza gəlir

Hələlik prezidentin təklif etdiyi qanun layihəsinin özü deyil, rəsmi kanallarla bu təklif haqqında məlumat yayılıb. Sənədlər əldə etmək üçün Milli Məclisin, layihənin daxil olduğu Dövlət Quruculuğu və Hüquq Siyasəti Komitəsinə müraciətlərimiz nəticə vermədi.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Milli Məclisin layihənin detallarını açıqlamaması özü qanun pozuntusudur:

"İnformasiya əldə etmək haqqında qanuna görə saytda olmalıdır".

Həbsdəki fəalların müdafiəçisi kimi tanınan, vəkil Fariz Namazlı isə öz "Facebook" səhifəsində, iyunun 29-da yazıb ki, bu layihə onunla bağlı ola bilər ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında normadan artıq təqsirləndirilən və məhkum edilmiş şəxslər var. Büdcədə pul olmadığı bir vaxtda onların gündəlik tələbatlarının ödənilməsi çətindir.

Buna da bax:​ Ekspert: 'Cinayət Məcəlləsinə təkliflər qorxuludur'

Son iki ildə neft ucuzlaşmağa başladığından dövlət büdcəsinin gəlirləri azalmağa başlayıb.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycanın cinayət məcəlləsi sərt idi, odur ki, indiki islahatlar uğurla yerinə yetirilərsə, bu dəyişiklik faydalı olacaq:

"Azərbaycanda problem tək bu deyil. Azərbaycanda problem Cinayət Məcəlləsində müəyyən olunan 4-5 cəza növündən ən ağır cəzanın seçməlidir. İlkin iş olsa belə, bir də baxırsan ki, prokurorlar ən ağır cəzanı istəyir, hakimlər də təxminən onu təsdiq edir".

Buna da bax:​ Rüşvətə görə yeni cəzalar gəlir, bəs sonra... [video]

Onun sözlərinə görə, bu halda bəzi məhbusların cəzasının yüngülləşdirilməsi və ya azadlığa buraxılması gözlənilir.

Biz Bakı sakinlərindən də soruşmuşuq ki, hansı cinayətlərə görə həbs cəzasını cərimələrlə əvəz etmək olar?

Sizcə, hansı cinayətlərə görə həbs cəzasını cərimə ilə əvəzləmək olar? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Son iki ildir ki, ölkədə cərimələr artırılır. Bəziləri hesab edir ki, burda məqsəd, büdcənin gəlirlərini artırmaqdır.

Buna da bax:​ Dövlətin pulunu özününkü kimi xərcləyənləri ağır cəzalar gözləyir

Amma Ələsgər Məmmədli hesab edir ki, Cinayət Məcəlləsində, indiki halda təklif olunan, cərimələrin məbləği o qədər çox deyil ki, dövlət büdcəsinə yardımçı ola bilsin.

2015-ci ildə Lozanna Universiteti Avropa Şurası üçün apardığı araşdırmaya görə, Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən məhbus sayına görə Avropada üçüncüdür. İki il əvvələ olan məlumata görə, Azərbaycanda 24 min 117 məhbus var.

Günün bütün mövzuları

XS
SM
MD
LG