Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:54

Pxenyan Çini birbaşa tənqid edir


Şimali Koreya lideri Kim Jong-Un
Şimali Koreya lideri Kim Jong-Un

Şimali Koreyanın dövlət mediası mayın 3-də Çini birbaşa tənqid edib, nüvə proqramı haqda «məsuliyyətsiz fikirlər»inin Pxenyanın səbrini sınağa çəkdiyini, «qorxunc» fəsadlar yaradacağını deyib. Bu haqda «Fox News» yazır.

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi bildirib ki, «indi Çin tərəfdən hər gün absurd və məsuliyyətsiz şərhlər eşidilir və bu da durumu yalnız gərginləşdirə bilər».

Həmin məqalədə Çin dövlət mediasından sitatlar yer alıb. Bu sitatlarda Pxenyanla münasibətlərin pozulmasına görə Şimali Koreya ittiham olunur.

«ÇİN DÜŞÜNSƏ, YAXŞI OLAR»

«Çin daha Şimali Koreya Xalq Respublikasının səbrini sınağa çəkə bilməməlidir. Çin, yaxşı olar, bu məsuliyyətsiz hərəkətin yaradacağı ağır fəsadları düşünsün», – məqalədə vurğulanır.

Daha öncə Çinin dövlətə məxsus «The Global Times» qəzeti yazıb ki, Pxenyanın hərəkətləri iki ölkə arasında 1961-ci ildə imzalanmış təcavüz etməmə barədə sazişə təhlükə yaradır. Məqalədə Şimali Koreya rejimi nüvə sınaqlarına son qoymağa çağrılırdı.

Qeyd edək ki, Şimali Koreya Çini nadir hallarda birbaşa tənqid edib, daha öncə ona «qonşu dövlət» deyirdi.

Çin BMT-nin sanksiyalarına uyğun olaraq, Pxenyandan kömür idxalını dayandırıb, qonşusunu nüvə və raket sınağı fəaliyyətini dayandırmağa çağırıb.

Birləşmiş Ştatlar da Çinə təzyiq göstərir ki, gərginliyin artmamasından ötrü nüvə qarşıdurmasında öz təzyiq rıçaqlarına əl atsın.

XS
SM
MD
LG