Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:19

Çin hakimiyyət məsələsini necə həll edir


Çin Kommunist Partiyasının (ÇKP) XIX qurultayı
Çin Kommunist Partiyasının (ÇKP) XIX qurultayı

Pekində Çin Kommunist Partiyasının (ÇKP) XIX qurultayı başlayıb. Qurultayda həm partiya və onun rəhbərliyi, həm də ümumilikdə ölkənin gələcəyinə dair prinsipial qərarlar qəbil ediləcək.

Qurultayın açılışında çıxış edən ÇKP-nin baş katibi Xi Jinping internet üzərində tam nəzarətin bərqərar olacağına və internetin «təmizliyinin» təmin ediləcəyinə söz verib. 90 milyonadək üzvü olan partiyanı təmsil edən qurultay iştirakçılarının 2/3-si hakimiyyətin yuxarı eşelonunda səlahiyyətləri paylaşdırmalıdırlar.

5 İLƏ 100-DƏN ÇOX MƏMUR

Xi Jinping-in ÇKP-nin baş katibi kimi qalacağı gözlənilir. Bu halda ənənə pozulmuş olacaq: partiyanın əvvəlki baş katibləri bu vəzifədə ard-arda iki müddətdən artıq qalmayıblar. Artıq mətbuat baş katibi «Çin iqtisadi möcüzəsi»nin atası Deng Xiaoping-lə müqayisə etməyə başlayıb.

Xi Jinping 2012-ci ildə ÇXR-in sədri seçilib. Onun hakimiyyətinin birinci müddəti Çinin dövlət aparatında korrupsiyayla sərt mübarizəylə yadda qalıb. Beş il ərzində 100-dən artıq yüksəkrütbəli məmur məsuliyyətə cəlb edilib. Onların çoxu ölkə liderinin mövcud, yaxud potensial opponentləri idi.

Nəticədə Xi Jinping və tərəfdarları yetərincə güc toplayaraq, politbüronun tərkibini tamamilə öz istəklərinə uyğun formalaşdıra bildilər.

Çində formal olaraq bir yox, bir neçə siyasi partiya mövcuddur. Ancaq ölkə konstitusiyasında Çin Kommunist Partiyasının xüsusi rəhbər rolu təsbit olunub.

İNKİŞAFI ÇİN MÜƏYYƏNLƏŞDİRƏCƏK

Yenə də formal olaraq dövlət hakimiyyətinin ali orqanı Ümumçin Xalq Nümayəndələri Məclisidir (ÜXNM). Çin Xalq Respublikasının sədri isə yalnız nominal dövlət başçısıdır. ÜXNM onu iki dəfədən artıq olmayaraq, 5 illiyinə seçir. Ancaq indi Xi Jinping Məclisi müxalifətdən tam təmizlədikdən sonra bu normanı yenidən nəzərdən keçirə bilər.

Sentyabrın sonlarında «Forbes» jurnalı bəyan edib ki, bundan sonra dünyada rəqəmsal iqtisadiyyatın inkişafını məhz Çinin texnoloji inkişafı müəyyənləşdirəcək. Bundan sonra Qərb Çinin biznes modellərini kopyalayacaq, daha əvvəlki kimi əksinə olmayacaq.

Hətta bu il iki aparıcı analitik agentliyin – «Standard&Poor's» və «Moody's»in bu il son 20 ildə ilk dəfə Çinin uzunmüddətli kredit reytinqini salması belə, ölkənin dünyanın ikinci ən böyük iqtisadiyyatı kimi qəbul edilməsini əngəlləməyib.

13 MİLYARD DOLLARLIQ KONDİSİONER SATIŞI

Müqayisə üçün deyək ki, Çinin sadəcə elektron cihazların (telefon və planşetlərin) satışından əldə etdiyi qazanc Rusiyanın silah satışından qazandığı məbləğdən 8 dəfə çoxdur. Çinin təkcə kondisioner satışından qazancı Rusiyanın bütün hərbi-sənaye kompleksinin dəyərinə bərabərdir. Bu məbləğ ildə 13 milyard dollar təşkil edir.

Çin ordusu dünyanın ən böyük ordusudur. 2000-ci illərin əvvəllərində Çin müdafiə xərclərini artıraraq silahlı qüvvələrin irimiqyaslı modernləşdirilməsinə başlayıb. 2017-ci ilin yanvarında Honkonq və Tayvan KİV-lərinin dərc etdikləri görüntülərdən aydın olur ki, Çin Rusiya ilə sərhəddə qitələrarası ballistik raketlərlə təchiz olunmuş yeni mobil komplekslər yerləşdirib. Çinin özündə isə bu xəbəri «internet uydurması» adlandırırlar.

Azad internet Çin hökumətinin bir nömrəli daxili düşmənidir. Çində internet kontentinin filtrdən keçirilməsi sistemi mövcuddur. Onun qeyri-rəsmi adı «Böyük Çin fayrvolu»dur. Ölkədə Twitter, Instagram, Facebook və Google-un bütün xidmətləri də daxil olmaqla, bir çox xarici resurslar bloklanıb. ÇKP-nin XIX qurultayı ərəfəsində WhatsApp da bloklanıb. Oktyabrın 1-dən Çinin bütün internet şirkətləri istifadəçilərin şəxsiyyətini təsdiqləməli, yazılan bütün şərhləri dərc edilməmişdən öncə yoxlamalıdırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG